Pedaqogika imtahan cavabları Şagirdə münasibətə görə pedaqoji texnologiyaları fərqləndirin



Yüklə 0,76 Mb.
Pdf görüntüsü
səhifə1/69
tarix08.06.2023
ölçüsü0,76 Mb.
#127257
  1   2   3   4   5   6   7   8   9   ...   69
Pedaqogika imtahan cavabları



Pedaqogika imtahan cavabları 
 
1. Şagirdə münasibətə görə pedaqoji texnologiyaları fərqləndirin. 
Bu gün məktəblərin nəzəri və praktik işlərində təlim-tərbiyə prosesinin müxtəlif 
variantları mövcuddur. Hər bir müəllif və icraçı pedaqoji prosesə özünəməxsus 
yenilik gətirmişdir. Lakin əksər texnologiyalar məqsəd, məzmun, tətbiq olunan 
metod və vasitələrə görə bir sıra ümumi xüsusiyyətlərə malikdirlər. Şagird 
mövqeyinin təlim prosesində nəzərə alınması və böyüklər tərəfindən ona olan 
münasibət pedaqoji texnologiyanın ən mühüm cəhətlərindən hesab edilir. 
Burada neçə texnologiya tipləri fərqləndirilir: 
Avtoritar texnologiyalar - burada müəllim təlim-tərbiyə prosesinin yeganə 
subyekti kimi çıxış edir, şagird isə yalnız “obyekt”, kiçik bir mexanizm rolunu 
oynayır. Bu texnologiyalar məktəb həyatının ciddi təşkili ilə seçilir, şagirdlərin 
müstəqilliyinin və təşəbbüs karlığının boğulması, eləcə də onlara qarşı tələb və 
məcburiyyətin olması ilə fərqlənir. 
Didaktosentrik texnologiyalar – uşaq şəxsiyyətinə diqqətsizliyin ən yüksək 
dərəcəsi didaktosentrik texnologiyalarda özünü göstərir ki, burada subyekt-
obyekt münasibətləri, daha doğrusu, müəllim-şagird münasibətlərində müəllim 
hakimdir, təlim tərbiyədən yüksəkdə dayanır və şəxsiyyətin formalaşmasında 
başlıca amil didaktik vasitələrdən istifadədir.
Şəxsiyyətyönümlü texnologiyalar – bütün məktəb təhsil sistemində uşaq 
şəxsiyyətini diqqət mərkəzində qoyur, ziddiyyətsiz, tam sərbəst, rahat şərait, 
onun inkişafını təmin etmək üçün bütün imkanlar yaradılır. Şəxsiyyətyönümlü 
texnologiyalar çərçivəsində müstəqil istiqamətlər kimi humanist şəxsiyyətli 
texnologiyalar, texnoloji əməkdaşlıq və azad tərbiyə texnologiyaları 
fərqləndirilir. 
Humanist şəxsiyyətli texnologiyalar hər şeydən öncə, öz humanist mahiyyəti
şəxsiyyətə kömək məqsədi ilə seçilir. Onlar uşağın yaradıcı imkanlarına inamı, 
onun şəxsiyyətinə hörmətlə yanaşmağı, sevgi ideyasını təbliğ edərək 
məcburiyyəti inkar edirlər. 

Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin