kateqoriyanın xüsusiyyətlərini əhatə edir. Eləcə də müəllim sualı cavablandırmaq
üçün verdiyi vaxtı nəzərə almalıdır. Prosesin gedişatında düşünmək vaxtı da
gözlənilməlidir.
Suallar mövzunu müzakirə vasitəsilə araşdırmağa şərait yaradır. Şagirdlərin
verilən materialdan xəbərdar olmalarına, mövzunun araşdırılma prosesində
istiqamətləndirilmələrinə baxmayaraq, müzakirə zamanı əsas çətinlik müəllimin
üzərinə düşür. Bu səbəbdən müzakirə planlı şəkildə aparılmalıdır. Şagirdlərin
sinifdə yerləşməsi, qrup işinin təşkili prosesin tənzimlənməsinə kömək göstərir.
Müzakirənin təşkili, onun gedişatında şagirdlərin mövzudan yayınmasının
düzgün yönləndirilməsi əvvəlcədən planlaşdırılmalıdır.
Dinləmək eşitmək demək deyil. Səmərəli pedaqoji ünsiyyət üçün məlumatı
düzgün şəkildə ötürmək qədər cavabı dinləmək, şagirdlərin dediklərini nəzərə
almaq çox önəmlidir. Şagirdlərin anlam səviyyəsini üzə çıxarmaq üçün diqqətli və
həssas olmaq lazımdır, məsələn, onların çaşqın baxışı, suala yanlış cavab
vermələri və s. hallar onu göstərir ki, məlumatların ötürülməsində,
çatdırılmasında və ya mənimsənilməsində problem var. Belə halda sualı
təkrarlamaq, başqa formada təqdim etmək olar. Peşəkar pedaqoq təhlillər
apararaq, yaranmış problemi çözməyi bacarmalıdır.
Dostları ilə paylaş: