PedaqogiKA, psixologiYA/ pedagogiCS, psychology


Ali məktəbdə təlim və tərbiyə proseslərinin vəhdəti



Yüklə 219,61 Kb.
Pdf görüntüsü
səhifə3/5
tarix23.05.2023
ölçüsü219,61 Kb.
#120892
1   2   3   4   5
Ali məktəbdə tərbiyə işinin təşkili Ogtay Ismayil\'s blog

Ali məktəbdə təlim və tərbiyə proseslərinin vəhdəti. Müəyyən fərqlərə baxmayaraq tələbələrin
təlim və tərbiyəsi vəhdət təşkil edir. Təlim və tərbiyə tələbə şəxsiyyətinin formalaşması və inkişafının
iki mütəlif tərəfini əks etdirsə də, təlim prosesi tərbiyəyə, tərbiyə prosesi isə təlim məqsədlərinin
reallaşdırılmasına təsir göstərir və pedaqoji prosesin tamlığını ifadə edir. Təlim və tərbiyənin
vəhdətinin pedaqoji mahiyyəti ondan ibarətdir ki, təlim prosesində tələbənin dünyagörüşü, əxlaqi
hissləri, estetik tələbat və zövqləri, fiziki keyfiyyətləri və intellektual qabiliyyətləri vəhdətdə inkişaf
edir. Ali məktəbdə təhsil prosesində tərbiyə vəzifələrini həll etmək, təlim və tərbiyənin vəhdətini
təmin etmək məqədilə aşağıdakı prinsiplər nəzərə alınmalıdır.
Tələbələrin sosial, psixoloji, yaş və fərdi xüsusiyyətlərinin nəzərə alınması;
Gələcək mütəxəssis üçün zəruri olan hər bir keyfiyyət və xüsusiyyətin məzmun və strukturunun
müəyyənləşdirilməsi və dərk olunması;
Tələbənin metodoloji və professional hazırlığının optimal surətdə bir-birilə uzlaşdırılması;
Müəllimin tədris etdiyi fənnin tərbiyəvi və yaradıcı imkanlarından maksimum istifadə etməsi;
Müəllimin pedaqoji etikası və ustalığı;
Müəllim-tələbə münasibətlərində məqsəd ardıcıllığı;
Ali məktəbdə pedaqoji ünsiyyətin müxtəlif formalarının səmərəli təşkili;
Ali məktəbdə pedaqoji prosesin ideya istiqamətinin düzgün müəyyənləşdirilməsi.
 
Ali məktəb müəllimi tərbiyəçi kimi. Ali məktəb müəlliminin tərbiyəçi kimi rolu, hər şeydən
əvvəl, onun ali məktəbdə təlim prosesinin və ictimai həyatın iştirakçısı, təşkilatçısı və rəhbəri olması
ilə müəyyənləşir. Tələbələr elmi və icitmai fəaliyyəti ilə seçilən müəllimlərin haqlı tənqidini, yerində
edilmiş iradını qəbul edir və səhvlərini düzəltməyə çalışırlar, həmin müəllimlərə təlim, elmi, həyati,
hə a şəxsi problemləri ilə əlaqədar məsləhət üçün müarciət edirlər.


5/23/23, 3:33 PM
Ali məktəbdə tərbiyə işinin təşkili | Ogtay Ismayil's blog
https://ogtayismayil.wordpress.com/2016/02/19/ali-məktəbdə-tərbiyə-isinin-təskili-2/
3/4
Mürəkkəb tərbiyə işi müəllim-tərbiyəçi şəxsiyyətinə bir sıra ciddi tələblər verir. Ən başlıcası budur
ki, “tərbiyə verənin özü tərbiyəli olsun”. Müəllimin ancaq elmi, yeni texnologiyanı bilməsi kifayət
deyil, o həm də, tələbələrlə işləmək bacarığına sahib olmalıdır. Ali məktəb müəllimi himayəçi,
nəzarətçi, qəyyum rolunu oynamamalıdır, o əsil nümunə, nüfuz sahibi olmalıdır.
Ali məktəbdə professor-müəllim heyətinin tərbiyə işində kütləvi sürətdə inkişafının əsas forması

Yüklə 219,61 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin