• Yeniyetmələrin ailədaxili münasibətlərindəki problemləri.
Bu dövrdə yeniyetmənin ailədaxili ünsiyyət prosesində və münasibətlərində problemlər yaşaması olduqca sıx müşahidə olunan bir haldır. Buna bağlı olaraq deyə bilərik ki, yeniyetmənin yaşadığı cəmiyyətdə öz məsuliyyəti və statusu haqqında açıqca bir fikri yoxdur və eyni zamanda, məsuliyyətlərin verilməməsi və statusu haqqında qeyri-müəyyənlik onu stressə salır. Ailədaxili şəxslər arasında ünsiyyət və qarşılıqlı əlaqə yeniyetmənin şəxsiyyətinin təməlini qoyan əsas ünsürdür. Ailədəki hakimiyyət tipi yeniyetmənin həyatında bir yaşam şəkli olaraq gələcəkdə buna uyğun ailə sistemini qurmasına səbəb olur. Ailə daxilindəki münaqişələr, həddindən artıq qoruma mexanizmi, bir övladın digər övlada qarşı daha çox sevilməsi, qorunması və bu kimi digər hallar yeniyetmənin aqressiv davranışına, daxili münaqişəsinə və zərərli vərdişlərə aludəçiliyinin yaranmasına səbəb olur. Valideynlər sağlam şəxsiyyətin formalaşması üçün yeniyetməni başqasının yanında təhqir etməməli, onun istəklərinə hörmətlə yanaşmalı, onu dinləməli, anlamalı, hər zaman yeniyetmələrin münaqişələri qarşısında tərəfsiz olmalı və öz problemlərini özünün həll etməsinə şərait yaratmalıdır
Dostları ilə paylaş: |