Pedaqogika


• Yeniyetməlik dövründə cinsi kimlik və burada yaşanan problemlər



Yüklə 1,28 Mb.
səhifə6/7
tarix02.01.2022
ölçüsü1,28 Mb.
#42220
1   2   3   4   5   6   7
pedaqogika sərbəst iş

• Yeniyetməlik dövründə cinsi kimlik və burada yaşanan problemlər.

Yeniyetməlik dövrü cinsi kimliyin tapılması, kişi və qadın anlayışlarının cinsi baxımdan qəbul edilərək, yeniyetmənin cəmiyyət və özü ilə münaqişəyə düşmədən qarşı cinslə fiziki və duyğusal bərabərliyi paylaşması olduqca təbii bir haldır. Burada cinsi kimliyin anlaşılmasında hormonların fəaliyyəti qədər, cəmiyyət tərəfindən yeniyetməyə tətbiq edilən təlim-tərbiyə, davranış modellərinin və bununla bərabər yetiştirilmə tərzinin də önəmi böyükdür. Yeniyetməlik dövrlərində oğlan və qız arasında cinsi quruluş fərqləri və bu fərqlərdən yaranan cinsi instiktlərin cəmiyyət tərəfindən daima ayıblanması və bu prosesin normal gedişinin müxtəlif təzyiqlərə məruz qalması gələcək dövrlərdə basdırılmış cinsi instiktlərin daha da mənfi şəkildə meydana çıxmasına səbəb olacaqdır. Yəni, bu davranışların qorxudularaq təzyiq altına alınmasının təsirindən gələcəkdə infantil cinsi həyat və ya sağlam olmayan davranışların meydana çıxmasına səbəb olur.

Yeniyetməlik dövründə yeniyetmə bayaq dediyimiz sosial və psixoloji problemlərlə qarşılaşır və bu problemləri özlərinə xas üsullarla həll yollarını araşdırıb tapmağa yönəlirlər. Bu dövrdə valideynlərin öhdəsinə çox iş düşür.

Yeniyetmələrin sosial psixoloji problemlərinin araşdırılması və həlli yolları

Valideyn yeniyetməlik dövrünə çatmış övladına daha çox zaman ayıraraq onun problemlərini dinləməli, problemləri yaradan faktorları araşdırmalı,onlara haqq verdiyini, onu anladığını davranış və sözlərindən hiss etdirməlidir

Ünsiyyəti açıq saxlamaq və inkişaf müddəti ilə əlaqədar danışmaq lazımdır. Eyni cinsiyyətdən valideynlərin öz inkişaf müddətindən, hansı yaşda yetkinliyə girdiyindən, nə növ qayğılar yaşadığından da, nümunələr verərək danışması gənci rahatlanmağına kömək edər

Ünsiyyəti açıq saxlamaq və inkişaf müddəti ilə əlaqədar danışmaq lazımdır. Eyni cinsiyyətdən valideynlərin öz inkişaf müddətindən, hansı yaşda yetkinliyə girdiyindən, nə növ qayğılar yaşadığından da, nümunələr verərək danışması gənci rahatlanmağına kömək edər

Yeniyetməlik dövründə ortaya çıxan düşünmə bacarığını dəstəkləmək vacib xüsusiyyətlərdən biridir. Yeniyetmə məntiqi düşüncəsindən istifadə etməli, sorğulamağı, plan qurmağı, başqalarını anlamağı bu yolla inkişaf etdirə bilər. Bu səbəbdən ata-ana yeniyetmənin fikirlərini dəstəkləməlidir. Yeniyetmənin fikirlərini səbirlə dinləməli, onun fikirlərinə dəyər verdiyinizi ifadə etmək əhəmiyyətlidir



Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2023
rəhbərliyinə müraciət

    Ana səhifə