T
əlqinin növləri.
T
əlqinin müxtəlif növləri var.Əsaslanmalara görə təlqinin növlərini bu cür təsnif etmək
mümkündür,yəni aşağıdakı kimi qruplaşdırmaq olar:
1.T
əlqinedici təsirin mənbəyindən asılı olaraq təlqin 2 növdə olur : A) təlqin-hərəkət.Bu
başqası tərəfindən edilir. B) özünütəlqin-burada təqinin obyekti və subyekti üst-üstə
düşür,yəni,təlqin edən də,olunan da eyni adamdır.Özünütəlqin özünütərbiyənin mühüm
vasit
əsidir və şəxsiyyətin inkişafında əsas yer tutur.
2.T
əlqin edənin (subyektin) vəziyyətindən asılı olaraq təlqin 3 növdə olur: a) ayıq
vaxtında təlqin, b) yuxuda təlqin (hipnopediya – xarici dillərin öyrənilməsi zamanı
istifade edilir), c) hipnozla t
əlqin
Pedaqoji sah
ədə çalışdığımız üçün bizi daha çox ayıq vaxtında aparılan təlqinin
xüsusiyyətləri maraqlandırmalıdır.
3.T
əlqin edənin məqsədinin olub-olmamasından asılı olaraq təlqin 2 növdə olur: a)
m
əqsədli təlqin, b) məqsədsiz təlqin.
M
əqsədli təlqin zamanı müəllim qoyulmuş məqsədə çatmaq üçün uşağa psixoloji təsiri
m
əqsədli şəkildə və şüurlu olaraq təşkil edir.Məqsədsiz təlqində isə təlqin edən şəxs
qarşısında heç bir məqsəd (fikir,hərəkət,davranış və s.) müəyyənləşdirilmir.
4.T
əsirin nəticələrinə görə təlqin a) müsbət və b) mənfi növlərdə olur.
Birincinin n
əticələrinə görə uşaqda ən yaxşı,müsbət psixoloji
keyfiyy
ətlər(adətən,maraqlar,baxışlar,münasibətlər,davranışlar,hərəkətlər) formalaşır.
Pis,m
ənfi təsirin gedişatında isə şüurlu və ya şüursuz,məqsədli və ya məqsədsiz olaraq
adama m
ənfi,pis psixoloji keyfiyyətlər,xüsusiyyətlər,hallar (aşağı
özünüqiymətləndirmə,məsuliyyətsizlik və s.) təlqin edilir.
5.M
əzmunundan asılı olaraq təlqin 2 növdə olur: a) açıq təlqin, b) qapalı təldin.Açıq
t
əlqində onun məqsədi ilə forması tam uyğun gəlir.
T
əlqin edən şəxs (subyekt) təlqin olunanı (obyekti) müəyyən hərəkətlərin edilməsinə və
ya on
ları etməməyə çağırır.
M
əsələn,”Sən həmişə yaxşı oxuyacaqsan”,”Sən bir də heç vaxt siqaret
çəkməyəcəksən” deməklə müəllim konkret uşağa öz konkret fikrini açıq şəkildə
bildirir.Qapalı və ya bilavasitə təlqində isə məqsəd açıq deyil,qapalı,maskalanmış
şəkildə verilir,birbaşa deyilmir (“Qızım,sənə deyirəm,gəlinim sən eşit” atalar sözündə
deyildiyi kimi),olunan h
ərəkətə,davranışına işarə olunur.
T
əlqin və relaksasiya
Biz buraya q
ədər adi pedaqoji fəaliyyət şəraitində yerinə yetirilən təlqindən söhbət aç-
mışıq. Lakin təlqin və özünütəlqin təlqinə məruz qalan adamın psixi və fiziki fondunda
realllaşdırıldıqda, onun effektivliyi əhəmiyyətli dərəcədə yüksəlir. Pedaqogikada relakso-
pediya adlanan bu metod son ill
ər daha geniş tətbiq olunmaqdadır. Relaksopediya ən
m
əsuliyyətli və mürəkkəb situasiyalarda, xüsusilə, pedaqoji cəhətdən başsız buraxılmış,
antisosial meyilli, ictimai davranış normalarının müxtəlif pozulma halları özünü göstərən
şagirdlərlə iş zamanı daha effektli təsir göstərir. Adi təsir metodları da burada çox vaxt
az effektli olur. Uşağın təlqinə meyilliliyi yüksəldiyi zaman relaksasiya fondunda təlqinin
t
ətbiq edilməsi çox vaxt müsbət nəticələr verir. Məsələ burasındadır ki, relaksasiya ha-
lında məlumatın daxil olmasının daxili və xarici kanallar sürətlə azalır, yalnız bir şey -
pedaqoqun t
əlqindedici səsi qalır ki, onun da təsirinin effektivliyi yüksəlir.
Əzələ relaksiyası vəziyyətində təsirlilik və özünütəlqin də yüksəlir. Ona görə də özünü-
t
əlqin üçün ən yaxşı vaxt əsasən yuxudan qabaqkı və oyanmadan qabaqkı mərhələlər-
dir. Özgə vaxt şüurun rasional komponenti təlqinedici təsirə mane olur, məlumatın qiy-
m
ətləndirilməsində tənqidilik yüksəlir.
Relaksopediyanın didaktik məsələlərlə tətbiq edilməsi də geniş yayılmışdır. Təlimin bu
metodu
informasiyanın daxil edilməsində suqqestopediyaya (təkliflər, təklif vermək.
Г.Лозанов “Основньı суггестолочкий” Sofiya – 1973) əsaslanır və bunun da nəticəsin-
d
ə mənimsənilmiş biliklərin kəmiyyəti və keyfiyyəti sürətlə yüksəlir.
|