345) Ketoasidoz tutmasının səbəbi aşağıdakılardan hansı ola bilər?
A) Karbohidratlarla artıq qidalanma
B) Aclıq
C) Qəbizlik
D) Yağlar və zülalların artıq qəbulu
E) İnterkurrent xəstəliklər
Ədəbiyyat: M.Ю.Денисов. «Болезни органов пищеварения у детей и подростков» 2005.
346) Ketoasidoz zamanı yaranan qusmaya xas əlamət hansıdır?
A) Qarında ağrılar
B) Meteorizm
C) Asetonuriya
D) Baş ağrıları
E) İshal
Ədəbiyyat: M.Ю.Денисов. «Болезни органов пищеварения у детей и подростков» 2005.
347) Xalaziyanın aşkarlanması üçün hansı müayinədən istifadə olunmalıdır?
A) Kolonoskopiya
B) Koproloji müayinə
C) Maye sifon sınağı ilə mədənin rentgenoskopiyası
D) Xolesistoqrafiya
E) İrriqoskopiya
Ədəbiyyat: M.Ю.Денисов. «Болезни органов пищеварения у детей и подростков» 2005.
348) Axalaziya nə ilə müşayiət olunur?
A) Yeməkdən 1 saat sonra qaytarma
B) Həzm olunmamış qidanı qusmaq
C) Ödlü qusma
D) Qıcqırma
E) Qusma
Ədəbiyyat: M.Ю.Денисов. «Болезни органов пищеварения у детей и подростков» 2005.
349) Erkən yaşlı uşaqlarda nəzərə çarpan qaytarma və qusma zamanı nə müşahidə oluna bilər?
A) Aspirasiya mənşəli pnevmoniya
B) Faringit
C) Qlossit
D) Traxeobronxit
E) Stomatit
Ədəbiyyat: Яцык Г.В. Руководство по неонатологии. Mосква, 1998.
Dostları ilə paylaş: |