572) Epidemik parotit zamanı nə inkişaf etmir?
A) Tireoidit
B) İrinli meningit
C) Pankreatit
D) Seroz meningit
E) Orxit
Ədəbiyyat: N.M.Hüseynova, M.Q.Qurbanov. Uşaq infeksion xəstəlikləriBakı, 2005.
573) Qrip üçün nə səciyyəvi deyil?
A) Sarılıq
B) Hipertermiya (yüksək hərarət)
C) İnaq
D) Hemorragik sindrom
E) Qıcolma sindromu
Ədəbiyyat: N.M.Hüseynova, M.Q.Qurbanov. Uşaq infeksion xəstəlikləri. Bakı, 2005.
574) Salmanellyozlu xəstələrdə törədicini harada aşkar etmək olar?
A) Göstərilən bütün biosubstratlarda
B) Sidikdə
C) Qanda
D) Nəcisdə
E) Qusuntu kütləsində
Ədəbiyyat: M.Q.Qurbanov, N.M.Hüseynova. Uşaqlarda kəskin bağırsaq infeksiyaları. Bakı. 2005.
575) Qastroenteritin rotavirus üçün xarakterik olmayan simptomları hansılardır?
A) Hərarət, əsasən subferil, kafi intoksikasiya
B) I-II dərəcəli eksikoz
C) Az fasiləli, selikli və qanlı nəcis
D) Təkrarlanan qusma
E) Az fasiləli, kütləli, sulu nəcis
Ədəbiyyat: В.Ф. Учайкин Детские инфекционные болезни . «Медицина» . Москва. 2004
Dostları ilə paylaş: |