814) Onurğanın boyun hissəsinin travmasına şübhə olduqda hansı tədbir aparılır?
A) Xəstə üzü üstə uzadılır
B) Onurğanın boyun hissəsinin immobilizasiyası
C) Onurğanın boyun hissəsinə sarğı qoyulur
D) Xəstənin boynunun altına mütəkkə qoyulur
E) Xəstə böyrü üstə uzadılır
Ədəbiyyat: Дж. Греф, Ч. Берд, Ф. Мандел. Педиатрия. Пер.с англ., Москва, «Практика», 1997 г.
815) Hansı tədbir yuxarı tənəffüs yollarının keçiriciliyinin təmin olunmasında tövsiyyə olunmur?
A) Ağız-udlaq rezin armudun köməyi ilə təmizləmək
B) Ağız-udlaqı barmaqla kor-koranə təmizləmək
C) Ağız-udlaq sorucunun köməkliyi ilə təmizləmək
D) Orotraxeal hava ötürücüdən istifadə etmək
E) İntubasiya etmək
Ədəbiyyat: Дж. Греф, Ч. Берд, Ф. Мандел. Педиатрия. Пер.с англ., Москва, «Практика», 1997 г.
816) Dilin qatlanması nəticəsində baş verən obstruksiya zamanı hansı tədbir aparılır?
A) Ağız boşluğunu kor – koranə təmizləmək
B) Xəstə sol böyrü üstə uzadılır
C) Alt çənə önə çəkilir və çənə yuxarı qaldırılır
D) Xəstə sağ böyrü üstə uzadılır
E) Xəstə arxası üstə uzadılır
Ədəbiyyat: Дж. Греф, Ч. Берд, Ф. Мандел. Педиатрия. Пер.с англ., Москва, «Практика», 1997 г.
817) Tənəffüs yollarının keçiriciliyini yaxşılaşdırmaq üçün hansı tədbir aparılmır?
A) Uşaqlarda başın arxaya güclü çevrilməsi
B) Başın orta xətt üzrə yerləşdirilməsi
C) Oral hava ötürücüdən istifadə
D) Nazotraxeal hava ötürücüdən istifadə
E) Ənsənin altına bir neçə dəfə qatlanmış dəsmal qoyulması
Ədəbiyyat: Дж. Греф, Ч. Берд, Ф. Мандел. Педиатрия. Пер.с англ., Москва, «Практика», 1997 г.
Dostları ilə paylaş: |