1105) Qızılca keçirdikdən sonra hansı müddətdən sonra uşaqda adenotomiya və tonzillektomiya əməliyyatı aparıla bilər ?
A) 3 ay sonra
B) 15 gün sonra
C) 2 ay sonra
D) 1 ay sonra
E) 4 ay sonra
Ədəbiyyat: Б.В.Шеврыгин, Б.И. Керчев. Болезни уха, горла и носа. «Геотар - Мед», Москва, 2002. с. 236 –239.
1106) Hansı lokalizasiyada yerləşən yad cisim üçün ballatasiya (yırğalanma) simptomu xarakterikdir ?
A) burunudlağın yad cismi
B) traxeyanın yad cismi
C) udlağın yad cismi
D) qırtlağın yad cismi
E) bronxun yad cismi
Ədəbiyyat: В.Т.Пальчун, М.М.Магомедов, Л.А.Лучихин. Оториноларингология «Медицина», Москва 2002. с. 314 – 316.
1107) Bu preparat göz tərəfdən fəsadlar verə bilər və oftalmoloq tərəfindən vaxtaşırı müşahidə tələb edir:
A) Taveqil
B) Delaqil
C) Novokainamid
D) Anaprilin
E) Kaptopril
Ədəbiyyat: M.Д.Maшковский. Лекарственные средства. М., «Медицина», 1977. с. 622.
1108) Bir yaşında qədər uşaqda mikroftalm olduğu zaman pediatr tərəfindən bütün müayinələri aparmaq vacibdir,biri istisna olmaqla:
A) Toksoplazmoza müayinə
B) Nevropatoloqun konsultasiyası
C) Kəllənin R-qrafiyası
D) 3 yaşına qədər təkbaşına müşahidə
E) Oftalmoloqun konsultasiyası
Ədəbiyyat: Д. Тейлор, К. Хойт. Детская офтальмология. Санкт-Петербург, «Бином», 2002. с. 248.
Dostları ilə paylaş: |