1224) Hansı sırada klaritromisinin eritromisindən fərqi duzgün göstərilməyib?
A) Hamiləlik və laktasiya dövründə istifadə edilir
B) Toxumalarda daha yüksək konsentrasiyası yaranır
C) 6 aylığa qədər uşaqlara təyin olunmur
D) Daxilə qəbul zamanı biomənimsənilməsi yaxşıdır
E) H.pylori-yə və atipik mikobakteriyalara münasibətdə daha aktivdir
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Antimikrob dərman vasitələrinin istifadəsi üzrə klinik protokol-Bakı-2009
1225) Azitromisin daxilə necə qəbul edilməlidir?
A) Yemək vaxtı
B) Yeməkdən 1 saat əvvəl
C) Yeməkdən 20 dəqiqə sonra
D) Yeməkdən 1 saat sonra
E) Qida qəbulundan asılı olmayaraq
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Antimikrob dərman vasitələrinin istifadəsi üzrə klinik protokol-Bakı-2009
1226) 1 aylıqdan 12 yaşa qədər uşaqlara amoksisillin daxilə hansı dozada təyin olunmalıdır?
A) 3 qəbula bölünməklə, 30-60 mq/kq gündəlik dozada
B) 3 qəbula bölünməklə, 60-70 mq/kq gündəlik dozada
C) 2 qəbula bölünməklə, 5-10 mq/kq gündəlik dozada
D) 4 qəbula bölünməklə, 25-35 mq/kq gündəlik dozada
E) 2 qəbula bölünməklə, 15-20 mq/kq gündəlik dozada
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Antimikrob dərman vasitələrinin istifadəsi üzrə klinik protokol-Bakı-2009
1227) Ampisillin 1 aylıqdan 12 yaşa qədər uşaqlara daxilə hansı dozada təyin olunmalıdır?
A) 2 qəbula bölünməklə, 5-10 mq/kq gündəlik dozada
B) 4 qəbula bölünməklə, 30-50 mq/kq gündəlik dozada
C) 2 qəbula bölünməklə, 15-20 mq/kq gündəlik dozada
D) 3 qəbula bölünməklə, 55-65 mq/kq gündəlik dozada
E) 8 qəbula bölünməklə, 10-15 mq/kq gündəlik dozada
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Antimikrob dərman vasitələrinin istifadəsi üzrə klinik protokol-Bakı-2009
1228) Benzilpenisillin 1 aylıqdan 12 yaşa qədər uşaqlara parenteral yolla necə təyin olunur?
A) gündə 4 dəfə 100-200 TV/kq
B) gündə 1 dəfə 250-300 TV/kq
C) gündə 4 dəfə 50-150 TV/kq
D) gündə 2 dəfə 50-100 TV/kq
E) gündə 3 dəfə 50-100 TV/kq
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Antimikrob dərman vasitələrinin istifadəsi üzrə klinik protokol-Bakı-2009
Dostları ilə paylaş: |