207) Bronxiolit vaxtı aşağıdakılardan hansı müşahidə olunur?
A) Emfizemanın olmaması
B) Burun-dodaq üçbucağında sianoz
C) Öskürəyin olmaması
D) Bradikardiya
E) Perkutor səsin kütləşməsi
Ədəbiyyat: Н.П.Шабалов. Детские болезни. «Питер», Санкт-Петербург, 2000.
208) Bronxiolit zamanı təyin olunmur:
A) İnfuzion terapiya
B) Nəmlənmış oksigen
C) Heparin
D) Prednizolon
E) Antibiotik
Ədəbiyyat: Н.П.Шабалов. Детские болезни. «Питер», Санкт-Петербург, 2000.
209) Ağciyər toxumasına infeksiyanın hematogen yolla yayılması nə zaman müşahidə olunur?
A) Bronxitdə
B) Anginada
C) Sepsisdə
D) Bronxial astmada
E) Kolitdə
Ədəbiyyat: Г.А.Тимофеева. Стафилококковая инфекция у детей. «Медицина», Москва, 1977.
210) Xroniki bronxitin verifikasiyasının dəqiq metodu hansıdır?
A) bronxoskopiya,bronx möhtəviyyatının sitoloji və bakterioloji müayinəsi
B) bəlğəmin əkilməsi
C) qanın klinik müayinəsi
D) döş qəfəsi orqanlarının rentgenoqrafiyası
E) ümumi klinik fiziki müayinələr
Ədəbiyyat: Н.П.Шабалов. Детские болезни. «Питер», Санкт-Петербург, 2004, I том, стр.346
211) Eksudatın aşağıdakı hüceyrə tərkibi:-limfositlər 80 %,neytrofillər 15%,eritrositlər 5%,plevritin hansı forması üçün xarakterikdir?
A) hemorragik
B) seroz-hemorragik
C) irinli
D) postravmatik
E) seroz
Ədəbiyyat: Н.П.Шабалов. Детские болезни. «Питер», Санкт-Петербург, 2004, I том, стр.414
Dostları ilə paylaş: |