375) Uşaqlarda kəskin pankreatitin əsas səbəbləri sayılır:
A) dərman preparatları
B) soyuq, yağlı qida
C) qida allergiyası
D) kəskin virus xəstəlikləri
E) irsi faktorlar
Ədəbiyyat: N.P.Şabalov. Detskie bolezni. «Piter» Sankt-Peterburq.2000
376) Aşağıdakılardan hansı kəskin pankreatit üçün səciyyəvi simptom sayılır?
A) ləkəli papulyoz səpki
B) sol qabırğaaltında və ya kəmərvarı ağrılar
C) baş ağrıları
D) yüksək təzyiq
E) yüksək qızdırma
Ədəbiyyat: N.P.Şabalov. Detskie bolezni. «Piter» Sankt-Peterburq.2000
377) Pankreatitin xarici sekretor çatmamazlığının əlamətləri bunlardır:
A) hiperlipazemiya
B) hiperamilazemiya
C) ağrılı abdominal sindrom
D) polifekaliya, hiperamilazemiya
E) arıqlama, polifekaliya
Ədəbiyyat: N.P.Şabalov. Detskie bolezni. «Piter» Sankt-Peterburq.2000
378) Malabsorbsiyanın ikincili (qazanılmış) sindromunun səbəbləri bunlardır:
A) enterogen və liyenal sindrom
B) sidik yollarının infeksiyası
C) liyenal sindrom və sidik yollarının infeksiyası
D) pankreatogen və enterogen
E) liyenal sindrom
Ədəbiyyat: Н.П.Шабалов. Детские болезни. «Питер» Санкт-Петербург.2000
Dostları ilə paylaş: |