446) Vazorenal hipertenziyanın aşkarlanmasında ən informativ üsul hansıdır?
A) Böyrək damarlarının USM-si
B) Renal angioqrafiya
C) Sistoqrafiya
D) Daxili uroqrafiya
E) Ayaqlarda arterial təzyiqin ölçülməsi
Ədəbiyyat: С. И. Рябов. «Нефрология» 2000г.
447) Uşaq 8 aylıqdır. Narahatdır, hərarəti 39ºC-dir, qusması var və sidik ifrazı azalıb. Sidiyin ümumi müayinəsində zülal izləri, görmə sahəsində eritrosit-10 və leykosit-80. Sizin ilkin diaqnozunuz?
A) Pielonefrit
B) Xronik sistit
C) Kəskin nefrit
D) Nefrotik sindrom
E) Kəskin sistit
Ədəbiyyat: С. И. Рябов. «Нефрология» 2000г.
448) Müalicəyə rezistent gediş aşağıdakılardan hansına xasdır?
A) Pielonefrit
B) İrsi nefrit
C) Qurdeşənəyi nefriti
D) Sistit
E) Qlomerulonefrit nefrotik forma
Ədəbiyyat: С. И. Рябов. «Нефрология» 2000г.
449) Sidikdə neytrofillərin leykositlərə nisbətən çoxluğu nəyə dəlalət edir?
A) Tubulointersitial nefritə
B) Pielonefritə
C) Amiloidoza
D) İrsi nefritə
E) Qlomerulonefritə
Ədəbiyyat: С. И. Рябов. «Нефрология» 2000г.
Dostları ilə paylaş: |