770) Parasetamolun təsir mexanizmi necədir?
A) Hərarətsalıcı və ağrıkəsici
B) Sedativ
C) Hormonal
D) Hipotenziv
E) Antihistamin
Ədəbiyyat: Дж. Греф, Ч. Берд, Ф. Мандел. Педиатрия. Пер.с англ., Москва, «Практика», 1997 г.
771) Parasetamol hansı təsiri göstərmir?
A) Neyrotoksik
B) Nefrotoksik
C) Əlavə təsiri yoxdur
D) Hepatotoksik
E) Hemotoksik
Ədəbiyyat: Дж. Греф, Ч. Берд, Ф. Мандел. Педиатрия. Пер.с англ., Москва, «Практика», 1997 г.
772) İbuprofen necə təsir göstərir?
A) Hərarətsalıcı, ağrıkəsici və iltıhab əleyhinə
B) Spazmolitik, ağrıkəsici
C) İltıhab əleyhinə, sedativ
D) Sedativ, spazmolitik
E) Analgetik və hormonal
Ədəbiyyat: Дж. Греф, Ч. Берд, Ф. Мандел. Педиатрия. Пер.с англ., Москва, «Практика», 1997 г.
773) Virus infeksiyalı uşaqlarda qızdırma olduqda aspirinin istifadəsi nəyə səbəb ola bilər?
A) Layell sindromu
B) Malori-Veys sindromu
C) Baddi-Kiari sindromu
D) Rey sindromu
E) Kuşinq sindromu
Ədəbiyyat: Дж. Греф, Ч. Берд, Ф. Мандел. Педиатрия. Пер.с англ., Москва, «Практика», 1997 г.
774) İki yaşdan aşağı uşaqda nəcisin bağırsaqda hərəkətini asanlaşdırmaq məqsədi ilə nə təyin edilmir?
A) Şirin çay qəbulu
B) Qliserinli şam
C) Anusu vazelinlə yağlanmış rektal termometrlə genəltmək
D) Səhər acqarnına bitki yağı içirtmək
E) Anusu vazelinlə yağlanmış barmağ ilə genəltmək
Ədəbiyyat: Дж. Греф, Ч. Берд, Ф. Мандел. Педиатрия. Пер.с англ., Москва, «Практика», 1997 г.
775) İki yaşdan yuxarı uşaqda bərk nəcisin bağırsaqda hərəkətini yaxşılaşdırmaq ücün nə təyin edilmir?
A) Birdəfəlik qliserinli və ya bisakodil şamı
B) Natrium fosfatla imalə
C) Maqnezium sulfatla imalə
D) Daxilə 15 ml mineral yağ
E) Aktivləşdirilmiş kömür
Ədəbiyyat: Дж. Греф, Ч. Берд, Ф. Мандел. Педиатрия. Пер.с англ., Москва, «Практика», 1997 г.
776) Nəcis kütlələrinin həcminin çoxalması və yumşalması məqsədi ilə nə təyin edilmir?
A) Qara gavalı
B) Zoğal, nar şirəsi
C) Pomidor şirəsi
D) Zeytun yağı
E) Çoxlu maye qəbulu
Ədəbiyyat: Дж. Греф, Ч. Берд, Ф. Мандел. Педиатрия. Пер.с англ., Москва, «Практика», 1997 г.
Dostları ilə paylaş: |