873) Əks göstəriş olmadıqda sağlam yenidoğulmuş nə vaxt döşə qoyulmalıdır?
A) 30 dəq - 2 saat ərzində
B) 24 saatdan sonra
C) 4 - 6 saatdan sonra
D) 3 - 4 saatdan sonra
E) 8 -12 saatdan sonra
Ədəbiyyat: Tağıyev N.Ə. Neonatologiya. Bakı. 2007.
874) Anadangəlmə hipotireoza xas olmayan hansıdır ?
A) Bradikardiya
B) Kobud səs
C) Uzun müddət davam edən sarılıq
D) Taxikardiya
E) Doğularkən iri çəki
Ədəbiyyat: Tağıyev N.Ə. Neonatologiya. Bakı. 2007.
875) Hamiləlik dövründə tetrasiklinin qəbulu nə ilə nəticələnə bilər?
A) Skeletin zədələnməsi
B) Ürək qüsuru
C) Qida borusunun atreziyası
D) Böyrək qüsuru
E) Alport xəstəliyi
Ədəbiyyat: Шабалов Н.П. Неонатология. Москва. 2003.
876) Hialin membran xəstəliyi üçün xas olmayan hansıdır?
A) Tənəffüs çatışmazlığı
B) Metabolik asidoz
C) Hipokapniya və hiperoksemiya
D) Sianoz
E) Taxipnoe və tənəffüsdə yardımçı əzələlərin iştirakı
Ədəbiyyat: Шабалов Н.П. Неонатология. Москва. 2003.
Dostları ilə paylaş: |