918) Yenidoğulanların hemorragik xəstəliyinin tipik əlamətinə aid olmayan hansıdır?
A) Dəri örtüyünün saralması
B) Həyatın 2-4-cü günü melenanın olması
C) Dəri və selikli qişalarda petexial səpgilərin əmələ gəlməsi
D) Göbək yarasından qanaxma
E) Kefalohematoma
Ədəbiyyat: Воробьев А.И. Руководство по гематологии. M 1985
919) Ekstrasellülyar mayenin itirilməsi və onunla bağlı doğumdan sonra kütlə itkisi nə ilə əlaqədardır?
A) Oliqouriya ilə
B) Getdikcə artan diurezlə
C) Yenidoğulanın tranzitor hipertermiyası ilə
D) Erkən enteral qidalandırma ilə
E) Mekonium ilə zülalın xaric olması ilə
Ədəbiyyat: Tağıyev N.Ə. Yarımçıq doğulmuş uşaq. Bakı. 2005.
920) Kiçik bədən kütləsi ilə doğulan yenidoğulmuş üçün hansı hematoloji pozğunluq xarakter deyil?
A) Leykopeniya
B) Leykositoz
C) Polisitemiya
D) Trombositopeniya
E) Qanın qatılığının artması
Ədəbiyyat: Tağıyev N.Ə. Yarımçıq doğulmuş uşaq. Bakı. 2005.
921) Aşağıdakı variantlardan hansı istisna olmaqla yenidoğulanlarda ürək döyünmə sağ tərəfdə daha yaxşı eşıdılir?
A) Sol tərəfli atelektaz
B) Sağ tərəfli atelektaz
C) Diafraqmal dəbəlik
D) Həqiqi dekstrakardiya
E) Sol tərəfli pnevmotoraks
Ədəbiyyat: Шабалов Н.П. «Детские болезни» 2006г.
Dostları ilə paylaş: |