922) Aşağıdakılardan hansı yenidoğulmuşun nəcisində qan olmasının səbəbi deyil?
A) Doğuş zamanı ana qanının udulması
B) Hemofiliya
C) Yenidoğulmuşun hemorragik xəstəliyi
D) Mezenterial tromboz
E) Düz bağırsağın perforasiyası
Ədəbiyyat: Воробьев А.И. Руководство по гематологии. M 1985
923) Hamilə qadında dölyanı maye çox olduqda nə barədə düşünmək lazımdır?
A) Dölün bətndaxili hipoksiyası
B) Bətndaxili infeksiya
C) Çox döllü hamiləlik
D) Dölün antenatal ölümü
E) Vaxtı keçmiş hamiləlik
Ədəbiyyat: Цинзерлинг В.А. Перинатальные инфекции. С.-Петербург, 2002.
924) Doğum evinin fizioloji şöbəsində bir yenidoğulmuş çarpayısı üçün sanitar norma nə qədərdir?
A) 2 kv.m
B) 3 kv.m
C) 5 kv.m
D) 6 kv.m
E) 4 kv.m
Ədəbiyyat: Володин Н.Н. Неонатология. Mосква. 2005.
Dostları ilə paylaş: |