158) Şokun müalicəsində hansı tədbir aparılmır?
A) Bəzən intubasiya aparmaq
B) Mütləq oksigenin təyini
C) Vazopressorların təyini
D) Dehidratasiya
E) Yuxarı tənəffüs yollarının keçiriciliyinin təmini
Ədəbiyyat: Дж. Греф, Ч. Берд, Ф. Мандел. Педиатрия. Пер.с англ., Москва, «Практика», 1997 г.
159) Şok zamanı ürək çatışmazlığı əlamətləri olmadıqda hipovolemiya hansı ilə aradan qaldırılır?
A) 1%-li kalium xlorid məhlulu
B) Jelatinol
C) 40%-li qlükoza məhlulu
D) 4%-li natrium bikarbonat məhlulu
E) Fizioloji məhlul 10-20 ml/kq dozada
Ədəbiyyat: Дж. Греф, Ч. Берд, Ф. Мандел. Педиатрия. Пер.с англ., Москва, «Практика», 1997 г.
160) Şok zamanı mərkəzi venoz təzyiq 5 mm c/s-dan aşağı olarsa məhlulun yeridilməsi nə vaxtadək davam etdirilir?
A) Mərkəzi venoz təzyiq 5 mm c/s-u keçənədək
B) Mərkəzi venoz təzyiq 10 mm c/s-u keçənədək
C) Mərkəzi venoz təzyiq 50 mm c/s-u keçənədək
D) Mərkəzi venoz təzyiq 20 mm c/s-u keçənədək
E) Mərkəzi venoz təzyiq 15 mm c/s-u keçənədək
Ədəbiyyat: Дж. Греф, Ч. Берд, Ф. Мандел. Педиатрия. Пер.с англ., Москва, «Практика», 1997 г.
161) Şok zamanı mərkəzi venoz təzyiq 5 mm c/s-dan yuxarı olarsa hansı tədbir aparılmır?
A) Miokardit, ürəyin tamponadası, metabolik pozğunluqlar, aritmiyaların istisnası
B) İnotrop və vazopressor vasitələrin təyini
C) ExoKQ-nin köməyi ilə mədəciklərin funksiyasını qiymətləndirilməsi
D) Svan-Hans keteterinin qoyulması
E) Sidik qovucuların təyini
Ədəbiyyat: Дж. Греф, Ч. Берд, Ф. Мандел. Педиатрия. Пер.с англ., Москва, «Практика», 1997 г.
Dostları ilə paylaş: |