735) Difteriya zamanı hansı ağırlaşmalar baş verir:
A) Kəllə sinirlərinin nevriti (yumşaq damağın iflici, oftalmoplegiya)
B) Zəif periferik ifliclərin inkişafı ilə gedən poliradikulonevrit
C) Toksiki nefroz
D) Ensefalit
E) Miokardit
Ədəbiyyat: N.M.Hüseynova, M.Q.Qurbanov. Uşaq infeksion xəstəlikləri. "MBM" MMC", Bakı, 2005.
736) Əsnək difteriyasına şübhə olduqda aşağıdakılardan hansı düzgün təlimatdır:
A) Difteriya əleyhinə zərdab (DƏZ) peyvənd haqqında məlumat bilmədən dərhal yeridilməlidir
B) DƏZ peyvənd almayan uşaqlara dərhal yeridilməlidir
C) Diaqnoz dəqiqləşənə qədər 8-12 saat ərzində xəstə nəzarətdə olur
D) DƏZ bakterioloji müayinənin nəticəsi alındıqdan sonra yeridilməlidir
E) Əsnək difteriyasında DƏZ yeritmək göstəriş deyil
Ədəbiyyat: N.M.Hüseynova, M.Q.Qurbanov. Uşaq infeksion xəstəlikləri. "MBM" MMC", Bakı, 2005.
Dostları ilə paylaş: |