784) Diabetik ketoasidotik koma diaqnozunu təsdiq edən əlamətlərə aid deyil:
A) Dərinin quruluğu
B) Huşsuz vəziyyət
C) Yumşaq göz almaları
D) Dəridə qansızmalar
E) Küylü Kussmaul tipli tənəffüs
Ədəbiyyat: М.А.Жуковский. Детская эндокринология. «Медицина», Москва, 1995.
785) Xroniki böyrəküstü vəzin çatışmazlığına (Addison xəstəliyi) hansı aid deyil?
A) Dərinin hiperpiqmentasiyası
B) Dərinin sarılığı
C) Hipotoniya
D) Arıqlama
E) Ümumi zəiflik
Ədəbiyyat: Н.Т.Старкова. Эндокринология. «Питер», Санк-Петербург. 2002.
786) Kəskin appendisitdən fərqli olaraq şəkərli diabetin prekomatoz vəziyyətinə nə xas deyil:
A) Asetonuriyanın olması
B) Qlükozuriyanın olması
C) Asidozun olması
D) Trombositopeniya
E) Hiperqlikemiyanın olması
Ədəbiyyat: Ю.Ю. Дедов. Эндокринология. «Медицина», Москва, 2002.
Dostları ilə paylaş: |