348) Aşağıdakı qüsurlardan hansı arterial hipertenziya ilə müşayət olunur?
A) Aortanın koarktasiyası
B) Aortanın stenozu
C) Mədəciklərarası çəpərin deffekti
D) Qulaqcıqlararası çəpərin deffekti
E) Ağciyər arteriyasının stenozu
Ədəbiyyat: Кардиология детского и подросткового возраста / Под ред. Казак С.С.- Донецк, 2004.
349) EKQ-də sinus taxikardiyası nə zaman müşahidə olunur?
A) Quru perikarditdə
B) Miokarditdə
C) Miokardın distrofiyasında
D) Sadalananların hamısında
E) Ekssudativ perikarditdə
Ədəbiyyat: Кардиология детского и подросткового возраста / Под ред. Казак С.С.- Донецк, 2004.
350) Uşaqlarda ilk dəfə aşkar olunmuş adəti ekstrasistoliya zamanı nə edilməlidir?
A) Xəstə müayinə məqsədi ilə hospitalizasiya edilməlidir
B) Yataq rejimi və revmatizm əleyhinə müalicə təyin olunmalıdır
C) Evdə sitoxrom C və aktovegin təyin olunmalıdır
D) Nəzarət altında daxilə inderal təyin olunmalıdır
E) Fiziki yük azaldılmalıdır
Ədəbiyyat: Кардиология детского и подросткового возраста / Под ред. Казак С.С.- Донецк, 2004.
Dostları ilə paylaş: |