789) Diffuz-toksiki zob xəstəliyinə xas deyil:
A) Boy inkişafının tezləşməsi
B) Dərinin depiqmentasiyası
C) Xırda tremor
D) Taxikardiya
E) Ekzoftalm
Ədəbiyyat: М.И. Балаболкин. Эндокринология. «Медицина», Москва, 1998.
790) 7 yaşlı uşaqda 4 gündür ki, qulaq ağrıları var, qızdırması 39,2°C-dir. Qulaq seyvanı önə-aşağı qabarıb, qulaqarxası sahədə ağrılar, şişkinlik və dərinin hiperemiyası vardır. Meningeal sindrom yoxdur. Bir həftə əvvəl kəskin rinit keçirmişdir. Sizin ilkin diaqnozunuz:
A) Otit, mastoidit
B) Rinit
C) Mikuliş simptomu
D) Haymorit
E) Parotit
Ədəbiyyat: М.Р.Богомильский, В.П.Чистякова. Детская оториноларингология. «Медицина», Москва, 2001.
Dostları ilə paylaş: |