791) Xroniki haymoritin diaqnostikası üçün biri istisna olmaqla, bütün sadalananlar təyin olunmalıdır:
A) burun ətrafı ciblərin rentgenoqrafiyası
B) nevropatoloq məsləhəti
C) qanın və sidiyin analizi
D) antibiotikoqrammalar
E) əsnəkdən yaxma
Ədəbiyyat: М.Р.Богомильский, В.П.Чистякова. Детская оториноларингология. «Медицина», Москва, 2001.
792) 11 yaşlı uşaqda boğaz ağrıları, ağızın açılmasının mümkünsüzlüyü, yüksək ağız sulanması (tüpürcək buraxması) baş verir. Damaq badamcığının biri digərindən böyükdür, hiperemikdir, şişkindir, səsi tıntındır. Sizin ilkin diaqnozunuz:
A) tonzillit
B) difteriya
C) angina
D) udlaqarxası abses
E) paratonzilyar abses
Ədəbiyyat: М.Р.Богомильский, В.П.Чистякова. Детская оториноларингология. «Медицина», Москва, 2001.
793) 5 yaşlı uşaqda üst çənə önə qabarıqdır, ağızdan nəfəs alır, udlağın arxa divarından selikli-irinli sekret axır. Tez-tez zökəm baş verir, ağzı açıq yatır, xoruldayır. Sizin ilkin diaqnozunuz:
A) III dərəcəli adenoidlər, adenoidit
B) tonzillit
C) rinit
D) I dərəcəli adenoidlər
E) xroniki haymorit
Ədəbiyyat: М.Р.Богомильский, В.П.Чистякова. Детская оториноларингология. «Медицина», Москва, 2001.
794) 10 yaşlı uşaqda udqunma zamanı boğazda ağrılar var, qızdırması 39,2°C-dir, baş ağrıları, badamcıqlar üzərində irinli ərp müşahidə olunur. Sizin ilkin diaqnozunuz:
A) udlaqarxası abses
B) paratonzilyar abses
C) adenoidit
D) faringit
E) angina
Ədəbiyyat: М.Р.Богомильский, В.П.Чистякова. Детская оториноларингология. «Медицина», Москва, 2001.
Dostları ilə paylaş: |