19) Əks göstəriş olmadıqda sağlam yenidoğulmuş nə vaxt döşə qoyulmalıdır?
A) 30 dəq.- 2 saat ərzində
B) növbəti günlər
C) 4-6 saatdan sonra
D) 8-12 saatdan sonra
E) 3-4 saatdan sonra
Ədəbiyyat: Tağıyev N.Ə. Neonatologiya. Bakı. 2007.
20) Anadangəlmə hipotireoza xas olmayan hansıdır ?
A) Kobud səs
B) Taxikardiya
C) Uzanmış sarılıq
D) Doğularkən iri çəki
E) Bradikardiya
Ədəbiyyat: Tağıyev N.Ə. Neonatologiya. Bakı. 2007.
21) Hamilə qadın tetrasiklin qəbul etdikdə döldə nə baş verə bilər?
A) Bütün sadalananlar
B) Skeletin zədələnməsi
C) Dişlərin mayasının zədələnməsi
D) Gözün zədələnməsi
E) Anemiya
Ədəbiyyat: Шабалов Н.П. Неонатология. Москва. 2003.
22) Hialin membran xəstəliyi üçün xas olmayan hansıdır?
A) Sianoz
B) Taxipnoe və tənəffüsdə yardımçı əzələlərin iştirakı
C) Tənəffüs çatışmamazlığı
D) Metabolik asidoz
E) Hipokapniya və hiperoksemiya
Ədəbiyyat: Шабалов Н.П. Неонатология. Москва. 2003.
23) Valideynin ikisi də xroniki alkoqolizmlə xəstə olan ailədə yetkin oğlan doğulub. Çəkisi 2200 q, boyu 48 sm. Klinikası: mikrosefaliya, sifət dismorfiyası, artan sinir-reflektor oyanıqlıqla dəyişən süstlük sindromu. Sizin diaqnozunuz?
A) Bütün cavablar düzdür
B) Dölün alkoqollu sindromu, mikrosefaliya
C) Embriofetopatiya, bətndaxili hipotrofiya
D) MSS perinatal zədələnməsi
E) Mikrosefaliya, dizembriogenezin küllü stigmaları, bətndaxili hipotrofiya
Ədəbiyyat: Шабалов Н.П. Неонатология. Москва. 2003.
Dostları ilə paylaş: |