280) Aşağıdakılardan hansı birinci dərəcəli serebral işemiya əlamətinə aiddir?
A) Oyanıqlıq sindromu
B) Qreffe simptomu
C) Koma
D) Böyük əmgəyin şişkinliyi
E) Qıcolma
Ədəbiyyat: Барашнев Ю. И. «Перинатальная неврология» M. 2001г.
281) Hansı kliniki əlamət yenidoğulan uşaqda baş beynin hipoksik zədələnməsinin ağırlığını göstərir?
A) Vegeto-visseral pozuntular
B) Sinir-reflektor oyanıqlıq sindromu
C) Əzələ distoniyası sindromu
D) Hüşün pozulması
E) Moro simptomu
Ədəbiyyat: Барашнев Ю. И. «Перинатальная неврология» M. 2001г.
282) Yenidoğulanların hemorragik xəstəliyinin klassik formasında klinik əlamətlər nə vaxt özünü göstərir?
A) Bətndaxilində
B) Həyatın ikinci ayında
C) Həyatın ikinci həftəsində
D) Həyatın 2-5-ci günü
E) İlk 5-6 saatda
Ədəbiyyat: Воробьев А.И. Руководство по геmаtологии. M 1985
283) Yenidoğulanların hemorragik xəstəliyi üçün aşağıdakılardan hansı düzgün deyil?
A) Xəstəlik vitamin K defisiti ilə əlaqədardır
B) Hemokoaqulyasion kaskadın pozulması ilə müşayət olunur
C) Bu xəstəlik təbii qidalanma zamanı daha çox inkişaf edir
D) Qanaxma müddətinin uzanması
E) Ola bilsin anada aparılan dərman müalicəsi ilə əlaqədardır
Ədəbiyyat: Воробьев А.И. Руководство по гематологии. M 1985
284) Yenidoğulanların hemorragik xəstəliyinin tipik əlamətinə aid olmayan hansıdır?
A) Dəri örtüyünün saralması
B) Göbək yarasından qanaxma
C) Kefalohematoma
D) Dəri və selikli qişalarda petexial səpgilərin əmələ gəlməsi
E) Həyatın 2-4-cü günü melenanın olması
Ədəbiyyat: Воробьев А.И. Руководство по гематологии. M 1985
285) Ekstrasellülyar mayenin itirilməsi və onunla bağlı doğumdan sonra kütlə itkisi nə ilə əlaqədardır?
A) Getdikcə artan diurezlə
B) Mekonium ilə zulalın xarıc olması ilə
C) Yenidoğulanın tranzitor hipertermiyası ilə
D) Erkən enteral qidalandırma ilə
E) Bütün sadalananlar ilə
Ədəbiyyat: Tağıyev N.Ə. Yarımçıq doğulmuş uşaq. Bakı. 2005.
286) Kiçik bədən kütləsi ilə doğulan yenidoğulmuş üçün hansı hematoloji pozğunluq xarakter deyil?
A) Qanın qatılığının artması
B) Trombositopeniya
C) Polisitemiya
D) Leykopeniya
E) Leykositoz
Ədəbiyyat: Tağıyev N.Ə. Yarımçıq doğulmuş uşaq. Bakı. 2005.
287) Aşağıdakılardan hansı yenidoğulanlarda apnoe tutmalarının səbəbi ola bilməz?
A) Kəllədaxili qansızma
B) Hiperqlikemiya
C) Hipoqlikemiya
D) Meningit
E) Nekrozlaşan enterokolit
Ədəbiyyat: Tağıyev N.Ə. Yarımçıq doğulmuş uşaq. Bakı. 2005.
288) Aşağıdakı variantlardan hansı istisna olmaqla yenidoğulanlarda ürək döyünmə sağ tərəfdə daha yaxşı eşıdılir?
A) Həqiqi dekstrakardiya
B) Sağ tərəfli atelektaz
C) Sol tərəfli atelektaz
D) Diafraqmal dəbəlik
E) Sol tərəfli pnevmotoraks
Ədəbiyyat: Шабалов Н.П. «Детские болезни» 2006г.
Dostları ilə paylaş: |