292) Hamilə qadında dölyanı maye çox olduqda nə barədə düşünmək lazımdır?
A) Bətndaxili infeksiya
B) Dölün antenatal ölümü
C) Vaxtı keçmiş hamiləlik
D) Dölün bətndaxili hipoksiyası
E) Çox döllü hamiləlik
Ədəbiyyat: Цинзерлинг В.А. Перинатальные инфекции. С.-Петербург, 2002.
293) Doğum evinin fizioloji şöbəsində bir yenidoğulmuş çarpayısı üçün sanitar norma nə qədərdir?
A) 2 kv.m
B) 6 kv.m
C) 5 kv.m
D) 4 kv.m
E) 3 kv.m
Ədəbiyyat: Володин Н.Н. Неонатология. Mосква. 2005.
294) Aşağıdakılardan hansı yenidoğulmuşda mekoniumun ləngiməsinə səbəb deyil?
A) Eksudativ enteropatiya
B) Mədəaltı vəzin kistoz fibrozu
C) Bağırsaq atreziyası
D) Hişbrunq xəstəliyi
E) Bağırsaq keçməməzliyi
Ədəbiyyat: Володин Н.Н. Неонатология. Mосква. 2005.
295) Hansı qrup yenidoğulmuşlarda subdural qansızmalara daha çox təsadüf olunur?
A) Yüngül çəkili gecikmiş doğulmuşlarda
B) Hestasiya yaşına uyğun yarımçıq doğulmuşlarda
C) Hestasiya yaşına görə ağır çəkili körpələrdə
D) Ekstremal az çəkili yenidoğulmuşlarda
E) Hestasiya yaşından yüngül yarımçıq doğulmuşlarda
Ədəbiyyat: Барашнев Ю. И. «Перинатальная неврология» M. 2001г.
Dostları ilə paylaş: |