596) Böyrəklərin zədələnməsinə hansı xəstəlikdə az rast gəlinir?
A) Hemorragik vaskulit
B) Amiloidoz
C) Düyünlü poliarteriit
D) Sistem qırmızı qurdeşənəyi
E) Sklerodermiya
Ədəbiyyat: С. И. Рябов. «Нефрология» 2000г.
597) Hansı xəstəlik zamanı leykopeniya müşahidə edilir?
A) Qurdeşənəyi nefriti
B) Düyünlü poliarteriit
C) Dismetabolik nefropatiya
D) Qlomerulonefrit
E) Irsi nefrit
Ədəbiyyat: С. И. Рябов. «Нефрология» 2000г.
598) Amiloidoza nə zaman tez-tez rast gəlinir?
A) Qlomerulonefritdə
B) Tubulointerstitsial nefritdə
C) Pielonefritdə
D) Tubulopatiyalarda
E) Revmatoid artritində
Ədəbiyyat: С. И. Рябов. «Нефрология» 2000г.
599) Sistem qırmızı qurdeşənəyinin diaqnozunu nə təstiq edir?
A) Leykopeniya
B) Periorbital eritema
C) LE-hüceyrələr
D) Periorbital eritema+ disfagiya
E) Disfagiya
Ədəbiyyat: С. И. Рябов. «Нефрология» 2000г.
600) Uşağın 8 yaşı var, qusma, temperatur 39ºC. Narahatdır, sidik ifrazı tezləşib. Sidikdə zülalın izləri, eritrositlər – görmə sahəsində 20, leykositlər – görmə sahəsində 80. Sizin diaqnoz?
A) Kəskin nefrit
B) Pielonefrit
C) Xroniki sistit
D) Nefrotik sindrom
E) Kəskin sistit
Ədəbiyyat: С. И. Рябов. «Нефрология» 2000г.
601) Sidik sisteminin infeksiyasına diaqnoz qoyan zaman aşağıdakılardan hansı daha az əhəmiyyət kəsb edir?
A) Sidiyin kəmiyyətcə analizi
B) Sidiyin ümumi analiz
C) Bakteriuriya görə sidiyin analiz
D) Qanda sidik cöhvərinin təyini
E) Sidiyin iki stəkan sınağı
Ədəbiyyat: Э. А. Юрьева. «Диагностический справочник нефролога» 2007г
Dostları ilə paylaş: |