167) Ritterin eksfoliativ dermatiti hansı qrupa aiddir?
A) Stafilokokk piodermiyasına
B) Genodermatozlara
C) Streptokokk piodermiyasına
D) Allerqodermatozlara
E) Kandidamikozlara
Ədəbiyyat: Tağıyev N.Ə. Neonatologiya. Bakı. 2007.
168) Reparasiya mərhələsində çapıq əmələ gəlməsi hansı patologiya üçün xarakterdir?
A) Streptokokk piodermiyası
B) Anadangəlmə bulyoz epidermolizin distrofik forması
C) Yenidoğulmuşun nekrotik fleqmonası
D) Ritterin eksfoliativ dermatiti
E) Leynerin eritrodermiyası
Ədəbiyyat: Володин Н.Н. Неонатология. Москва. 2005.
169) Yenidoğulmuşun herpetik hepatitinin kliniki şəklində sarılıqla yanaşı hansı əlamət də olur?
A) Qıcolma
B) Qusma
C) Diarreya
D) Anoreksiya
E) Hemorragik sindrom
Ədəbiyyat: Tağıyev N.Ə. Neonatologiya. Bakı. 2007.
170) HBs-antigen gəzdirən anadan olan yenioğulmuşa profilaktik məqsədlə spesifik immunoqlobulin nə vaxt yeridilir?
A) Doğum evindən evə yazılarkən
B) Həyatın 2-3-cü günü
C) 1 aylığında
D) Həyatın ilk saatlarında
E) 6 aya qədər
Ədəbiyyat: Яцык Г.В. Руководство по неонатологии. Москва, 1998.
Dostları ilə paylaş: |