"Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında" Azərbaycan RespublikasıQanununauyğunolaraq Azərbaycan Respublikasının inzibati ərazi bölgüsünü təşkil edən inzibati ərazi vahidlərinin – şəhər, rayon, inzibati ərazi dairəsi, qəsəbə və kəndlərin adları dövlət dilində yazılmalıdır, onların dövlət dilinin normalarına uyğun olaraq yazılışı müvafiq qurum(AzərbaycanRespublikasınınDövlətDilKomissiyası) tərəfindən müəyyənləşdirilir. Bu maddədə göstərilən inzibati ərazi vahidlərinin adları dövlətdili ilə yanaşı xarici dillərdə də yazılabilər. Belə olan halda inzibati ərazi vahidinin adı əvvəlcə dövlət dilində və ondan sonra xarici dildəverilməlidir.
M a d d ə 1 0 . Coğrafiobyektlərinadlarındadövlətdilininişlədilməsi
Azərbaycan Respublikasında coğrafi obyektlərin adlarının dövlət dilinin normalarına uyğun olaraq yazılışı müvafiq qurum(AzərbaycanRespublikasınınDövlətDil Komissiyası) tərəfindən müəyyənləşdirilir.
Azərbaycan coğrafiadlarınınxaricidillərdəverilməsi
coğrafi adların beynəlxalq yazılış qaydalarına uyğun olaraq müəyyən edilir.
M a d d ə1 1 .Dövlət dilinin hüquq mühafizə orqanlarında, Silahlı Qüvvələrdə, notariat fəaliyyətində, inzibati icraatda, məhkəmə icraatında və inzibati xətalar üzrə icraatda işlənməsi
Azərbaycan Respublikasının hüquq mühafizə orqanlarında Azərbaycan Respublikasının dövlət dili işlənir. Dövlət dilini bilməyən şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada tərcüməçidən istifadə edə bilərlər.
Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, qanunvericilikləmüəyyənedilmişhallar istisnaolmaqla, dövlət dili işlənir.
Azərbaycan Respublikasının notariat fəaliyyəti üzrə kargüzarlıqdövlətdilində aparılır. "Notariat haqqında" Azərbaycan Respublikası Qanununa müvafiqolaraq notariat hərəkətlərinin aparılması üçün müraciət etmiş şəxs dövlətdilinibilmirsə və ya notariathərəkətininhərhansıbaşqadildəaparılmasınıxahişedirsə, notarius imkan daxilində tərəfindən rəsmiləşdirilən sənədlərin mətnlərini arzu edilən dildə tərtib edə bilər və ya mətn tərcüməçi tərəfindən ona tərcümə edilə bilər.