M addə 2.Azərbaycan Respublikasında dövlət dili haqqında qanunvericilik
Azərbaycan Respublikasında dövlət dili haqqında qanunvericilik
Azərbaycan Respublikasının Konstitusiyasından,
bu Qanundan(Dövlət dili haqqında qanun)
digər normativ hüquqi aktlardan
və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.
M addə 3.Dövlət dilinin işlənməsi, qorunması və inkişafı sahəsində dövlətin əsas vəzifələri(əzbər)
3.0. Dövlət dilinin işlənməsi, qorunması və inkişafı sahəsində dövlətinəsasvəzifələri aşağıdakılardır:
Azərbaycan Respublikası Konstitusiyasının və buQanunun taləblərinə uyğun olaraq dövlət dili ilə bağlı hüquqqaydalarınınmüəyyənləşdirilməsi;
dövlət dilinin tətbiqi işinə, bu dilin işlənməsi və qorunması ilə bağlı
qanunvericiliyin müddəalarına riayət olunmasının təmin edilməsi;
dövlət dilinin inkişaf proqramının hazırlanması və dövlət büdcəsinin vəsaitihesabınamaliyyələşdirilməsinin təmin edilməsi;
dövlət dilinin saflığının qorunması, dilçilik elminin nəzəriyyəsi və praktikasının inkişafı üçün müvafiq şəraitin yaradılması və tədbirlərin həyata keçirilməsi;
dövlət dilinin işlənməsi üçün zəruriolanmaddibazanınyaradılması;
xarici ölkələrdə yaşayan azərbaycanlıların Azərbaycan dilində təhsil almalarına, bu dildən sərbəst istifadə etmələrinə köməklikgöstərilməsi.