hərbi hissələrə və ya hərbi gəmilərə dövlətmükafatları təqdim edildikdə;
hərbi hissələr (bölmələr) və ya hərbi gəmilər xarici dövlətin ərazisində(ərazisularında)olduqda.
Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və başqa silahlı birləşmələrinin hərbihissələrində onların qərargahlarınınbinalarında yerləşən nizamnaməyə uyğun olaraq qaldırılır ,
hərbigəmilərindəisə Hərbi Dəniz Qüvvələrinin gəmi nizamnamələrinə
uyğun olaraq qaldırılır.
Xarici dövlətin bayrağı altında üzən gəmi Azərbaycan Respublikasının daxili sularında üzərkən və ya Azərbaycan Respublikasının limanında dayanarkən öz bayrağı ilə yanaşı, beynəlxalqdənizadətlərinəuyğunolaraq Azərbaycan Respublikasının Dövlət bayrağını da qaldırmalıdır.
M addə 3.Azərbaycan Respublikası Dövlət bayrağının yerləşdirilməli olduğu yerlər
Azərbaycan Respublikasının Dövlət bayrağı
Azərbaycan Respublikası Milli Məclisinin iclas salonunda,
Azərbaycan Respublikası Prezidentinin iş otağında,
habelə Azərbaycan Respublikası Prezidentinin iştirakı ilə rəsmi tədbirlərin keçirilməsi üçün nəzərdə tutulan salonlardavəotaqlarda,
Azərbaycan Respublikası məhkəmələrinin iclas salonunda,
Azərbaycan Respublikası Milli Məclisi sədrinin,
Azərbaycan Respublikası Baş nazirinin,
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi sədrinin,
Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin,
Məhkəmə-Hüquq Şurası sədrinin,
Azərbaycan Respublikası Baş prokurorunun,
mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin,
Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin,
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası sədrinin
Azərbaycan Respublikası Hesablama Palatası sədrinin,
Azərbaycan Respublikası İnsan hüquqları üzrə müvəkkilinin,