Pənah Hüseynov qanunvericilik(BB,BA)


M a d d ə 5 . Azərbaycan Respublikası Dövlət bayrağının digər yerlərdə istifadəsi



Yüklə 7,45 Mb.
səhifə139/190
tarix07.01.2024
ölçüsü7,45 Mb.
#209267
1   ...   135   136   137   138   139   140   141   142   ...   190
qanunvericilik.bb .ba

M a d d ə 5 . Azərbaycan Respublikası Dövlət bayrağının digər yerlərdə istifadəsi


    1. Azərbaycan Respublikasının Dövlət bayrağı yerli özünüidarə orqanlarının, qeyri-hökumət təşkilatlarının, müəssisələrin və idarələrin binaları, habelə yaşayış evləri üzərində qaldırıla (asıla) bilər.

    2. Azərbaycan Respublikasının Dövlət bayrağı yerli özünüidarə orqanları, qeyri-hökumət təşkilatları, siyasi partiyalar, müəssisə və idarələr tərəfindən keçirilən tədbirlər zamanı qaldırıla (asıla) ya yerləşdirilə bilər.

    3. Dərs ilinin birinci günü təhsil müəssisələrində Azərbaycan Respublikasının Dövlət bayrağı qaldırılır (asılır) ya yerləşdirilir.



M a d d ə 6 . Azərbaycan Respublikası Dövlət bayrağının rəsmi tədbirlər zamanı istifadəsi


6.1. Azərbaycan Respublikasının Dövlət bayrağı dövlət hakimiyyət orqanları tərəfindən keçirilən rəsmi tədbirlər və mərasimlər zamanı qaldırılır (asılır) və ya yerləşdirilir.


M a d d ə 7 . Azərbaycan Respublikası Dövlət bayrağının matəm günlərində və matəm mərasimlərində istifadəsi





    1. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş(1) və ya müvafiq icra hakimiyyəti orqanı( Azərbaycan Respublikasının Prezidenti) tərəfindən(2) elan olunmuş matəm günlərində Azərbaycan Respublikası Dövlət bayrağının dəstəyinin və ya dirəyinin yuxarı hissəsinə eni 10 santimetr olan qara lent bərkidilir və (və ya) Dövlət bayrağı bayraq dirəyinin yarısına qədər endirilir.

    2. Azərbaycan Respublikasının vəfat etmiş (həlak olmuş) vətəndaşlarına hərbi ehtiram göstərilməsi ilə bağlı Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti) tərəfindən müəyyən edilir.




Yüklə 7,45 Mb.

Dostları ilə paylaş:
1   ...   135   136   137   138   139   140   141   142   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin