Pənah Hüseynov qanunvericilik(BB,BA)
Azərbaycan Respublikasının Dövlət Gerbindən istifadə qaydaları haqqındaAZƏRBAYCAN RESPUBLİKASININ QANUNU Bu QanunAzərbaycan Respublikası Konstitusiyasının 23-cü maddəsinə və “Azərbaycan Respublikası Dövlət Gerbinin təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa uyğun olaraq, Azərbaycan Respublikasının Dövlət Gerbindən istifadə qaydalarını müəyyən edir. Maddə 1. Azərbaycan Respublikasının Dövlət GerbiAzərbaycan Respublikası Konstitusiyasının 23-cü maddəsinin I hissəsinə əsasən, Azərbaycan Respublikasının Dövlət Gerbi Azərbaycan Respublikasının dövlət rəmzidir. Azərbaycan Respublikasının Dövlət Gerbinin təsviri “Azərbaycan Respublikası Dövlət Gerbinin təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu ilə müəyyən edilir. Maddə 2. Azərbaycan Respublikasının Dövlət Gerbinə hörmətAzərbaycan Respublikası Konstitusiyasının 75-ci maddəsinə əsasən, hər bir vətəndaş Azərbaycan Respublikasının Dövlət Gerbinə hörmət etməlidir. Azərbaycan Respublikasının Dövlət Gerbinə hörmətsizliyin nümayiş etdirilməsi qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Konstitusiyasının 69-cu maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları ilə yanaşı əcnəbilər və vətəndaşlığı olmayan şəxslər də bu Qanunun 2.1-ci maddəsində göstərilən vəzifəni daşıyırlar. Qeyd: Burdan bu nəticəyə gələ bilərik ki , bu qanuna əsasən hər kəs Azərbaycan Respublikasının Dövlət Gerbinə hörmət etməlidir Maddə 3. Azərbaycan Respublikasının Dövlət Gerbi haqqında qanunvericilikAzərbaycan Respublikasının Dövlət Gerbi haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikası Dövlət Gerbinin təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunundan Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən, bu Qanundanbu Qanuna uyğun qəbul olunmuş digər normativ hüquqi aktlardan ibarətdir. Maddə 4. Azərbaycan Respublikasının Dövlət Gerbi ilə bağlı dövlətin vəzifələriAzərbaycan Respublikasının Dövlət Gerbi ilə bağlı dövlətin vəzifələri aşağıdakılardır: Azərbaycan Respublikasının Dövlət Gerbinin mahiyyətini və əhəmiyyətini əhali arasında geniş təbliğ etmək və onları bu barədə maarifləndirmək; gəncləri və təhsilalanları Azərbaycan Respublikasının Dövlət Gerbinə hörmət ruhunda tərbiyələndirmək; Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan Respublikasının Dövlət Gerbi barədə təhqiredici hərəkətlərin qarşısının alınması üçün beynəlxalq hüquq normalarına və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun tədbirlər görmək; bu Qanuna riayət olunmasına nəzarəti təmin etmək.Maddə 5. Azərbaycan Respublikasının Dövlət Gerbinə müəlliflik hüququ “Müəllif hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, dövlət rəmzləri müəlliflik hüququnun obyekti deyildir. Azərbaycan dövləti Azərbaycan Respublikasının Dövlət Gerbini qeyri- qanuni istifadədən və ona zərər vuran digər hərəkətlərdən qoruyur. Maddə 6. Azərbaycan Respublikasının Dövlət Gerbinin qabarıq təsvirinin vurulduğu yerlər (SONDA)Maddə 7. Azərbaycan Respublikasının Dövlət Gerbinin təsvirindən istifadə (SONDA)Azərbaycan Respublikasının Dövlət Gerbinin təsvirindən istifadənin digər hallarını müvafiq icra hakimiyyəti orqanının(AR Prezidentinin) müəyyən etdiyi orqan (qurum)- AR Prezidenti müəyyən edir. Azərbaycan Respublikasının Dövlət Gerbinin təsviri olan möhürlərin və sənəd blanklarının hazırlanması, istifadə olunması, saxlanılması və məhv edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanının(AR Prezidentinin) müəyyən etdiyi orqan (qurum)-AR Nazirlər Kabineti tərəfindən müəyyən edilir Azərbaycan Respublikasının Dövlət Gerbinin təsvirinin dövlət orqanlarının binalarının lövhələrində və sərhəd nişanlarında istifadə olunması qaydaları müvafiq icra hakimiyyəti orqanının(AR Prezidentinin) müəyyən etdiyi orqan (qurum)- AR Nazirlər Kabineti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Dövlət Gerbinə ehtiram bəsləyən hər bir şəxs Azərbaycan Respublikasının Dövlət Gerbinin təsvirindən bu Qanunun tələblərinə uyğun istifadə edə bilər. Azərbaycan Respublikasının bütün təhsil müəssisələrində yeni dərs ilinin birinci dərsi Azərbaycan Respublikasının digər dövlət rəmzləri ilə yanaşı Azərbaycan Respublikasının Dövlət Gerbinin öyrənilməsinə həsr edilir. Yüklə 7,45 Mb. Dostları ilə paylaş: |