Ümumİ müddəalar Gəmİ Gəmİlərİn və onlara olan hüquqların qeydİyyata alınması



Yüklə 0,87 Mb.
səhifə1/20
tarix18.04.2017
ölçüsü0,87 Mb.
#14363
  1   2   3   4   5   6   7   8   9   ...   20
Tİcarət Gəmİçİlİyİ Məcəlləsİ

MÜNDƏRİCAT

(Fəslin başlanğıcına getmək üçün müvafiq fəslin adının üzərində sol düyməni basın)


FƏSİLLƏR (Maddələr)

Ticarət Gəmiçiliyi Məcəlləsi

Ümumİ müddəalar

Gəmİ

Gəmİlərİn və onlara olan hüquqların qeydİyyata alınması

Gəmİ heyətİ. Gəmİ kapİtanı

Dövlət bayraq vƏ lİman nəzarətİ

Dənİz bələdçİlərİ

Dənİzdə batmış əmlak

Dənİzlə yük daşınması müqavİləsİ

Dənİzlə sərnİşİn daşınması müqavİləsİ

Gəmİnİ müəyyən müddətə fraxtetmə müqavİləsİ (taym-çarter)

Heyətsİz gəmİnİn fraxtedİlmə müqavİləsİ (berbout-çarter)

Yedəkləmə müqavİləsİ

Dənİz agentlİyİ müqavİləsİ

Dənİz vasİtəçİlİyİ müqavİləsİ

Dənİz sığorta müqavİləsİ

Ümumİ qəza

Gəmİlərİn toqquşmasından vurulan zərərİn əvəzİnİn ödənİlməsİ

Gəmİlərdən neftlə çİrkləndİrmədən vurulan zərərə görə məsulİyyətİ

Dənİzlə təhlükəlİ və zərərlİ maddələrİn daşınması İlə bağlı vurulan zərərə görə məsulİyyət



Gəmİlərİn və dİgər əmlakın xİlas edİlməsİ

Dənİz tələblərİ üzrə məsulİyyətİn məhdudlaşdırılması

Gəmİyə dənİz gİrovu. Gəmİnİn və ya İnşa edİlməkdə olan gəmİnİn İpotekası

Gəmİnİn üzərİnə həbs qoyulması

Dənİz protestlərİ



Pretenzİyalar, İddİalar və İddİa müddətİ

Tətbİq edİlən hüquq


Ticarət Gəmiçiliyi Məcəlləsi


Azərbaycan RESPUBLİKASININ Qanunu
I fəsil

Ümumİ müddəalar


Maddə 1. Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsi ilə tənzimlənən münasibətlər

1.1. Bu Məcəllə ticarət gəmiçiliyi fəaliyyətinin hüquqi əsaslarını, onun səmərəli təşkili və məqsədli inkişafından yaranan münasibətləri tənzimləyir.

1.2. Ticarət gəmiçiliyindən yaranan münasibətlər bu Məcəllə, Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və onların əsasında qəbul edilən normativ hüquqi aktlar ilə tənzimlənir.

1.3. Ticarət gəmiçiliyindən yaranan və bu Məcəllə ilə tənzimlənməyən və ya tam tənzimlənməyən əmlak münasibətlərinə Azərbaycan Respublikasının mülki qanunvericiliyinin müddəaları tətbiq edilir.



Maddə 2. Ticarət gəmiçiliyi Məcəlləsində əsas anlayışlar

2.1. Ticarət gəmiçiliyi dedikdə, gəmilərdən istifadə etməklə həyata keçirilən aşağıdakı fəaliyyət növləri nəzərdə tutulur:

2.1.1. yüklərin, sərnişinlərin və onların baqajlarının, poçt göndərişlərinin daşınması;

2.1.2. su bioloji ehtiyatlarının ovu:

2.1.3. gəmilərin dəniz bələdçisi ilə keçirilməsi;

2.1.4. dənizin dibində və təkində mineral ehtiyatların kəşfiyyatı və hasilatı;

2.1.5. yedəkləmə, buzqırma, axtarış və xilasetmə əməliyyatları;

2.1.6. dənizdə batmış əmlakın qaldırılması;

2.1.7. dəniz mühitinin qorunması və saxlanması;

2.1.8. digər təsərrüfat, elmi, tədris, idman və mədəni məqsədlər üçün istifadə.

2.2. Gəmi — özühərəkətedən və ya özühərəkətetməyən, ticarət gəmiçiliyi məqsədləri üçün istifadə olunan üzən qurğu.

2.3. Gəmi sahibi — gəminin mülkiyyətçisi olmasından və ya gəmidən başqa qanuni əsaslarla istifadə etməsindən asılı olmayaraq, gəmini öz adından istismar edən şəxs.

2.4. Dəniz limanı — xüsusi ərazidə və akvatoriyada yerləşən və ticarət gəmiçiliyi məqsədi ilə istifadə olunan gəmilərə və sərnişinlərə xidmət göstərilməsi, yüklər ilə əməliyyatların aparılması və dəniz limanlarında həyata keçirilən digər xidmətlərin göstərilməsi üçün nəzərdə tutulan qurğular kompleksi.

2.5. Liman hakimiyyət orqanları — müvafiq icra hakimiyyəti orqanı tərəfindən onların üzərinə qoyulmuş inzibati-hakimiyyət və digər səlahiyyətləri həyata keçirən dəniz limanlarının müvafiq orqanları.

2.6. Gəminin tutumu — gəmilərin ölçülməsinə dair beynəlxalq müqavilələrə uyğun olaraq gəminin müəyyən edilən ümumi tutumu.

2.7. Hesablaşma vahidi — beynəlxalq maliyyə təşkilatlarının müəyyən etdiyi borcalmanın xüsusi hüququ vahidi.

2.8. Kabotaj — Azərbaycan Respublikasının dəniz limanları arasında icra edilən daşıma və dəniz yedəkləməsi.

2.9. Bayraq nəzarəti – Azərbaycan Respublikasının müvafiq gəmi reyestrində qeydiyyata alınmış və Azərbaycan Respublikasının dövlət bayrağı altında üzən gəmilərin yoxlanılması və sertifikatlaşdırılması, eləcə də təhlükəsizliyə və ətraf mühitin mühafizəsinə dair sənədlərin onlara verilməsi sahəsində dövlət nəzarəti.

2.10. Liman nəzarəti – Azərbaycan Respublikasının limanlarına daxil olan və ya limanlarından çıxan xarici gəmilərin, onların avadanlığının və idarə olunmasının beynəlxalq müqavilələrin tələblərinə uyğunluğunun yoxlanılması üzrə dövlət nəzarəti. 1

Maddə 3. Bu Məcəllədə müəyyən edilmiş qaydaların tətbiq dairəsi

3.1. Bu Məcəllənin qaydaları aşağıdakılara şamil edilir:

3.1.1. dəniz gəmilərinə — onların həm dəniz yolları, həm də daxili su yolları ilə hərəkət etdiyi zaman, əgər Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilədə və ya qanunda başqa hal müəyyən olunmamışdırsa;

3.1.2. daxili sularda üzən gəmilərə, habelə "çay-dəniz" tipli gəmilərinə — xarici dəniz limanlarına daxil olmaqla yük, sərnişin və onların baqajının daşınmasını dəniz yolları, habelə daxili su yolları ilə icra etdikdə, xilasetmə əməliyyatını həyata keçirdikdə və dəniz gəmisi ilə toqquşduqda.

3.2. Bu Məcəllədə müəyyən edilmiş qaydalar, birbaşa bu Məcəllədə nəzərdə tutulan hallar istisna olmaqla, hərbi gəmilərə, yardımçı hərbi gəmilərə və dövlət mülkiyyətində olan və ya dövlət tərəfindən istismar olunan və yalnız qeyri-kommersiya hökumət xidməti üçün istifadə edilən gəmilərə, habelə dövlət mülkiyyətində olan qeyri-kommersiya yüklərinə şamil edilmir.

Maddə 4. Ticarət gəmiçiliyi sahəsində dövlət idarəetməsi

4.1. Ticarət gəmiçiliyi sahəsində dövlət idarəetməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

4.2. Bu Məcəlləyə və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanı öz səlahiyyəti hüdudlarında ticarət gəmiçiliyindən yaranan münasibətləri tənzimləyən normativ hüquqi aktlar qəbul edir.

4.3. Dəniz yollarının naviqasiya-hidroqrafik təminatını müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.



Maddə 5. Ticarət gəmiçiliyinə dövlət nəzarəti

5.1. Azərbaycan Respublikasında ticarət gəmiçiliyinə dövlət nəzarətini müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.

5.2. Müvafiq icra hakimiyyəti orqanı dövlət nəzarətini aşağıdakı istiqamətlərdə həyata keçirir:

5.2.1. ticarət gəmiçiliyinə dair Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə və ticarət gəmiçiliyi haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə riayət olunmasına;

5.2.2. gəmilərin təhlükəsiz hərəkətinin idarəetmə sisteminə;

5.2.3. dəniz yollarının və dəniz yollarında qurulmuş texniki naviqasiya vasitələrinin vəziyyətinə;

5.2.4. gəmilərin dövlət qeydiyyatına və gəmilərə olan hüquqlara;

5.2.5. dəniz bələdçi xidmətinə və dəniz limanlarında gəmilərin hərəkətini idarəetmə sisteminə;

5.2.6. xilasetmə xidmətinə və onun digər xilasetmə xidmətləri ilə qarşılıqlı fəaliyyətinə;

5.2.7. dəniz mühitinin mühafizəsinə.


M a d d ə 5-1. Ticarət gəmiçiliyi sahəsində lisenziyalaşdırma

5-1.1. Ticarət gəmiçiliyi sahəsində aşağıdakı fəaliyyət növləri xüsusi razılıq (lisenziya) əsasında həyata keçirilir:

5-1.1.1. su nəqliyyatı ilə yük daşınması;

5-1.1.2. su nəqliyyatı ilə sərnişin daşınması. 2



Maddə 6. Hesablaşma vahidi

6.1. Bu Məcəllənin 132, 148, 253.1, 262.1 və 280-ci maddələrində göstərilən məbləğlərin manatla ifadə olunma borcalmanın xüsusi hüququ vahidində manatın dəyərinə müvafiq olaraq aşağıdakı müddəalar nəzərə alınmaqla həyata keçirilir:

6.1.1. bu Məcəllənin 132 və 148-ci maddələrində göstərilən məbləğlərin — məhkəmə və ya münsiflər məhkəməsi qərarının çıxarıldığı və ya tərəflərin razılaşması əsasında təyin edilmiş tarixə;

6.1.2. bu Məcəllənin 253.1 və 262.1-ci maddələrində göstərilən məbləğlərin — məsuliyyətin məhdudlaşdırılması fondunun yaranma tarixinə;

6.1.3. bu Məcəllənin 280-ci maddəsində göstərilən məbləğlərin — məsuliyyətin məhdudlaşdırılması fondunun yaranması, ödəmənin həyata keçirilməsi və ya ödəməyə eyni qiymətli təminatın verilməsi tarixinə.

6.2. Borcalmanın xüsusi hüququ vahidində manatın dəyəri beynəlxalq maliyyə qurumlarının müvafiq tarixə öz əməliyyat və hesablaşmaları üçün dəyərin müəyyən edilməsi metoduna uyğun hesablanır.


Maddə 6-1. Dənizçilik sahəsində xidmətlərə və ya hüquqi hərəkətlərə görə dövlət rüsumu3
6-1.1. Dənizçilik sahəsində aşağıdakı xidmətlərə və ya hüquqi hərəkətlərə görə dövlət rüsumu ödənilir:

6-1.1.1. Azərbaycan Respublikası Dövlət bayrağı altında üzmək hüququ haqqında Şəhadətnamənin verilməsi; 4

6-1.1.2. berbout-çarter reyestrində qeydiyyata və ya təkrar qeydiyyata alınaraq gəmilərə Azərbaycan Respublikasının Bayrağı altında üzmək hüququ haqqında müvəqqəti Şəhadətnamənin verilməsi;

6-1.1.3. Dövlət Gəmi Reyestrində qeydiyyata və ya təkrar qeydiyyata alınaraq gəmilərə Mülkiyyət hüququ haqqında Şəhadətnamənin verilməsi;

6-1.1.4. heyətin tərkibi haqqında Şəhadətnamənin verilməsi;

6-1.1.5. neftlə çirklənmənin qarşısının alınması haqqında Şəhadətnamənin verilməsi;

6-1.1.6. gəmi Reyestrindən çıxarışın verilməsi;

6-1.1.7. gəminin “Gəmi və Liman Vasitələrinin Mühafizəsi haqqında Beynəlxalq Məcəllə”nin tələblərinə uyğun olması haqqında Şəhadətnamənin verilməsi;

6-1.1.8. gəminin “Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə”nin tələblərinə uyğun olması haqqında Şəhadətnamənin verilməsi;

6-1.1.9. limanın (liman məntəqəsinin) “Gəmi və Liman Vasitələrinin Mühafizəsi haqqında Beynəlxalq Məcəllə”nin tələblərinə uyğun olması haqqında Şəhadətnamənin verilməsi;

6-1.1.10. dənizçilik şirkətinin “Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə”nin tələblərinə uyğun olması haqqında Şəhadətnamənin verilməsi;

6-1.1.11. gəmi komandir və sıravi heyət üzvlərinə İxtisas şəhadətnamələrinin (işçi diplomların) və təsdiqnamələrin verilməsi;

6-1.1.12. gəmi heyət üzvləri üçün hazırlıq kursları sertifikatlarının verilməsi;

6-1.1.13. dənizçinin Qeyd Kitabçasının verilməsi;

6-1.1.14. dənizçinin şəxsiyyət sənədinin verilməsi;

6-1.1.15. kiçik həcmli gəmilərə gəmi biletinin verilməsi;

6-1.1.16. mühərriksiz kiçik həcmli gəmilərin qeydiyyata alınması;

6-1.1.17. mühərrikli kiçik həcmli gəmilərin qeydiyyata alınması;

6-1.1.18. kiçik həcmli gəmilərə texniki baxışın keçirilməsi;

6-1.1.19. kiçik həcmli gəmilərə gəmi reyestrindən çıxarış verilməsi;

6-1.1.20. kiçik həcmli gəmilərin sürücülərinə sürücülük vəsiqələrinin verilməsi.

6-1.1.21. Bunker yanacağı ilə çirklənmə nəticəsində vurulan zərərə görə mülki məsuliyyət ilə bağlı sığorta və ya digər maliyyə təminatı haqqında Sertifikatın verilməsi.5

II fəsil


Yüklə 0,87 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin