Pənah Hüseynov qanunvericilik(BB,BA)


Azərbaycan Respublikasının



Yüklə 7,45 Mb.
səhifə48/190
tarix07.01.2024
ölçüsü7,45 Mb.
#209267
1   ...   44   45   46   47   48   49   50   51   ...   190
qanunvericilik.bb .ba

Azərbaycan Respublikasının Baş prokurorunu Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikası Milli Məclisinin razılığı ilə vəzifəyə təyin və vəzifədən azad edir.

  • Azərbaycan Respublikası Baş prokurorunun müavinlərini, respublika ixtisaslaşdırılmış prokurorluqlarına rəhbərlik edən prokurorları, Naxçıvan Muxtar Respublikasının prokurorunu Azərbaycan Respublikası Baş prokurorunun təqdimatı ilə Azərbaycan Respublikasının Prezidenti vəzifəyə təyin və vəzifədən azad edir.

  • Ərazi və ixtisaslaşdırılmış prokurorları Azərbaycan Respublikası Prezidentinin razılığı ilə Azərbaycan Respublikasının Baş prokuroru vəzifəyə təyin vəzifədən azad edir.

    V I I I f ə s i l

    NAXÇIVAN MUXTAR RESPUBLİKASI


    M a d d ə 1 3 4 . Naxçıvan Muxtar Respublikasının statusu





    1. Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının tərkibində

    muxtar dövlətdir.


    1. Naxçıvan Muxtar Respublikasının statusu bu Konstitusiya ilə müəyyən edilir.

    2. Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsidir.

    3. Azərbaycan Respublikası Konstitusiyası, qanunları, Azərbaycan Respublikası Prezidentinin fərmanları və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları Naxçıvan Muxtar Respublikasının ərazisində məcburidir.

    4. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qəbul etdiyi Naxçıvan Muxtar Respublikasının Konstitusiyası qanunları müvafiq olaraq Azərbaycan Respublikasının Konstitusiyasına qanunlarına; Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin qəbul etdiyi qərarlar Azərbaycan Respublikası Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır.


    5. Yüklə 7,45 Mb.

      Dostları ilə paylaş:
  • 1   ...   44   45   46   47   48   49   50   51   ...   190




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin