Naxçıvan Muxtar Respublikasının Konstitusiyası Azərbaycan Respublikasının Milli Məclisinə Azərbaycan Respublikasının Prezidenti tərəfindən təqdim edilir və Konstitusiya qanunu ilə təsdiq edilir.
(Qəbul edir: NMR Ali Məclisi Təsdiq edir : Milli Məclis)
M a d d ə 1 3 5 . Naxçıvan Muxtar Respublikasında hakimiyyətlərin bölünməsi
Naxçıvan Muxtar Naxçıvan Muxtar
Naxçıvan Muxtar Respublikasının qanunvericilik hakimiyyətini Naxçıvan Muxtar Respublikasının Ali Məclisi, icra hakimiyyətini
Respublikasının Nazirlər Kabineti, məhkəmə hakimiyyətini
Respublikasının məhkəmələri həyata keçirir.
Naxçıvan Muxtar Respublikasının Ali Məclisi və Məhkəmələri Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə onun səlahiyyətlərinə aid edilən məsələlərin həllində, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının Konstitusiyası, qanunları və Azərbaycan Respublikası Prezidentinin fərmanları ilə onun səlahiyyətlərinə aid edilən məsələlərin həllində müstəqildirlər.
M a d d ə 1 3 6. Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsi
Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədridir.
M a d d ə 1 3 7 . Naxçıvan Muxtar Respublikasının Ali Məclisi
Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 45 üzvdən ibarətdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin səlahiyyət müddəti 5 ildir.
Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrini və onun müavinlərini seçir, daimi və digər komissiyalar təşkil edir.
Dostları ilə paylaş: |