Pənah Hüseynov qanunvericilik(BB,BA)



Yüklə 7,45 Mb.
səhifə52/190
tarix07.01.2024
ölçüsü7,45 Mb.
#209267
1   ...   48   49   50   51   52   53   54   55   ...   190
qanunvericilik.bb .ba

dövlətinin suverenliyinə xələl gətirə bilməz.



  1. Dövlət bələdiyyələrin fəaliyyətinə nəzarət edir.




  1. Qanunla müəyyən edilmiş hallarda qaydada bələdiyyələr öz fəaliyyətləri barəsində Azərbaycan Respublikasının Milli Məclisinə hesabat təqdim edirlər.

  2. Bələdiyyələrin məhkəmə tərəfindən müdafiəsinə, dövlət orqanlarının qərarları nəticəsində yaranan əlavə xərclərinin ödənilməsinə təminat verilir.



M a d d ə 1461. Bələdiyyələrin məsuliyyəti

Bələdiyyələr, bələdiyyə qulluqçuları ilə birlikdə, bələdiyyə qulluqçularının qanuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatının pozulmasına görə mülki məsuliyyət daşıyırlar.

BEŞİNCİ BÖLMƏ


HÜQUQ VƏ QANUN


X f ə s i l


QANUNVERİCİLİK SİSTEMİ


M a d d ə 1 4 7 . Azərbaycan Respublikasının Konstitusiyasının hüquqi qüvvəsi





  1. Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan Respublikasında ən yüksək hüquqi qüvvəyə malikdir.

  2. Azərbaycan Respublikasının Konstitusiyası birbaşa hüquqi qüvvəyə malikdir.

  3. Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan Respublikasının

qanunvericilik sisteminin əsasıdır.


M a d d ə 1 4 8 . Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan aktlar





  1. Qanunvericilik sistemi aşağıdakı normativ hüquqi aktlardan ibarətdir:

  1. Konstitusiya;

  2. referendumla qəbul edilmiş aktlar;

  3. qanunlar;

  4. fərmanlar;

  5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları;

  6. mərkəzi icra hakimiyyəti orqanlarının normativ aktları.

  1. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsidir.

  2. Naxçıvan Muxtar Respublikasında həm Naxçıvan Muxtar Respublikasının Konstitusiyası və qanunları, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarları hüquqi qüvvəyə malikdir.

  3. Naxçıvan Muxtar Respublikasının qanunvericilik sistemi Azərbaycan Respublikasının qanunvericilik sisteminə uyğun olmalıdır.

  4. Öz səlahiyyətləri daxilində yerli icra hakimiyyəti orqanları qanunvericilik sisteminə daxil olan aktlara zidd gəlməyən normativ xarakterli aktlar qəbul edə bilərlər.

M a d d ə 1 4 9 . Normativ hüquqi aktlar





  1. Normativ hüquqi aktlar hüquqa haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalıdır.


  2. Yüklə 7,45 Mb.

    Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin