Pənah Hüseynov qanunvericilik(BB,BA)



Yüklə 7,45 Mb.
səhifə73/190
tarix07.01.2024
ölçüsü7,45 Mb.
#209267
1   ...   69   70   71   72   73   74   75   76   ...   190
qanunvericilik.bb .ba

qanunvericiliklə vəzifə təlimatları ilə müəyyən edilir.

    1. Ali kateqoriya dövlət orqanlarında inzibati və yardımçı vəzifələr tutan dövlət qulluqçularının həmin dövlət orqanlarının fəaliyyətini, dövlət qulluğu vəzifəsinin adını, qulluq funksiyalarını və vəzifənin tutulması şərtlərini özündə əks etdirən vəzifə təlimatları həmin orqanların rəhbərləri tərəfindən təsdiq edilir.

1 – 5-ci kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin birinci–yeddinci təsnifatlarına uyğun olan vəzifələr üzrə vəzifə təlimatları müvafiq icra hakimiyyəti

orqanının( (qurumun)-
müəyyən etdiyi orqanın
müəyyən

etdiyi ümumi şərtlərə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının(
müəyyən etdiyi orqanla (qurumla)-
razılaşdırılmaqla, müvafiq dövlət orqanlarının rəhbərləri tərəfindən təsdiq edilir.

I V f ə s i l


DÖVLƏT QULLUQÇUSU


M a d d ə 15. Dövlət qulluqçusunun andı

    1. And Azərbaycan Respublikası ilə dövlət qulluqçusu arasında açıq hüquqi borc və sədaqət münasibətlərini təsdiq edir.

    2. İlk dəfə daimi dövlət qulluğuna qəbul edilmiş vətəndaş vəzifəsinin icrasına başlamamışdan əvvəl aşağıdakı məzmunda and içir:

«

».

    1. Andiçmə təntənəli şəraitdə Azərbaycan Respublikasının Dövlət bayrağı altında Azərbaycan Respublikasının Konstitusiyasına əl basmaqla həyata keçirilir.

    2. Andiçmə bir dəfə olur. And içən dövlət qulluqçusu andın mətnini imzalayır və bu sənəd onun şəxsi işində saxlanılır.

    3. Dövlət qulluğunun ayrı-ayrı növlərində andın status xüsusiyyətləri Azərbaycan Respublikasının qanunvericilik aktlarında müəyyən edilir.
    4. Yardımçı dövlət qulluğu vəzifəsinə qəbul edilənlər and içmirlər.


M a d d ə 1 5 - 1. Dövlət qulluqçusunun şəxsi işi


15-1.1. Dövlət qulluqçusunun dövlət qulluğu keçdiyi dövr ərzində yalnız bir şəxsi işi tərtib edilir və aparılır.
15-1.2. Dövlət qulluqçusunun şəxsi işinə bu Qanunun 15-1.3-cü maddəsinə əsasən müəyyən olunan qaydalarda nəzərdə tutulmuş sənədlər və məlumatlar daxil edilir.
15-1.3. Dövlət qulluqçusunun şəxsi işinin aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı- AR Prezidenti tərəfindən müəyyən olunur.
15-1.4. Dövlət qulluqçusunun şəxsi işinin aparılması ilə bağlı tələblərin pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

M a d d ə 1 5 - 2. Dövlət qulluqçusunun xidməti vəsiqəsi


15-2.1. Dövlət qulluqçusuna qulluq keçdiyi dövlət orqanında xidməti vəsiqə verilir.
15-2.2. Xidməti vəsiqə dövlət qulluqçusunun tutduğu dövlət qulluğu vəzifəsini ona verilmiş ixtisas dərəcəsini təsdiq edən rəsmi sənəddir.
15-2.3. Xidməti vəsiqənin nümunəsi müvafiq icra hakimiyyəti orqanı- AR Prezidenti tərəfindən müəyyən edilir.



Yüklə 7,45 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin