Pənah Hüseynov qanunvericilik(BB,BA)


məhkumluğu ödənilməmiş və ya götürülməmişsə



Yüklə 7,45 Mb.
səhifə81/190
tarix07.01.2024
ölçüsü7,45 Mb.
#209267
1   ...   77   78   79   80   81   82   83   84   ...   190
qanunvericilik.bb .ba

27.2.2. məhkumluğu ödənilməmiş və ya götürülməmişsə;


  • 27.2.3. bilavasitə tabeliyində və ya nəzarəti altında işləyəcəyi dövlət qulluqçusu ilə yaxın qohumluq və ya qudalıq (ər- arvadlar, onların valideynləri, qardaşları, bacıları, övladları) əlaqəsi olduqda;

  • 27.2.4. barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair

    məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olarsa;


        • 27.2.5. qanunvericiliklə müəyyən edilmiş başqa hallarda.

      1. Dövlət orqanında dövlət qulluğuna qəbul edilmək üçün müraciət etmiş şəxsin dövlət qulluğuna qəbul edilməsinin mümkün olub-olmaması qabaqcadan yoxlanılır. Yoxlamanın qaydası müvafiq icra hakimiyyəti orqanı AR Prezidenti tərəfindən müəyyən edilir. Şəxsi (ailə) həyatın təfsilatı yoxlanmamalıdır.

    M a d d ə 28. Dövlət qulluğuna qəbul

      1. Dövlət qulluğuna qəbul müsabiqə əsasında aparılır. Müsabiqə test imtahanından və müsahibədən ibarətdir.

      2. Müvafiq icra hakimiyyəti orqanının(AR Prezidentinin) yaratdığı qurum- Dövlət İmtahan Mərkəzi inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq inzibati vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün ayda bir dəfədən az olmayaraq test imtahanları təşkil edir.

    Test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, test imtahanının təşkili, keçirilməsi, qiymətləndirmənin aparılması qaydasını müvafiq icra hakimiyyəti orqanı- AR Nazirlər Kabineti müəyyən edir.
    Test imtahanında iştirak etmək üçün ödənişin məbləğini müvafiq icra hakimiyyəti orqanı-AR Tarif Şurası müəyyən edir.

      1. Müvafiq icra hakimiyyəti orqanının(AR Prezidentinin) yaratdığı qurum- Dövlət İmtahan Mərkəzi test imtahanından keçən şəxsə inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq inzibati vəzifə üzrə test imtahanından keçdiyini təsdiq edən “Dövlət qulluğu sertifikatı” (bundan sonra – sertifikat) verir. Forması müvafiq icra hakimiyyəti orqanı- AR Nazirlər Kabineti tərəfindən müəyyən edilən sertifikatın qüvvədəolma müddəti beş ildir. Şəxs dövlət qulluğu vəzifələri üzrə, bu Qanuna uyğun olaraq bir neçə sertifikat ala bilər.


      2. Yüklə 7,45 Mb.

        Dostları ilə paylaş:
  • 1   ...   77   78   79   80   81   82   83   84   ...   190




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin