4.2 Nümunəyə müşaiət edən sənədlər
Nümunənin toplanılması forması nümunəni daşınma (nəql etmə) və sınaq zamanı
müşaiət etməlidir. Müşahidə olunan bütün anormallıqlar formada qeydə
alınmalıdır (Əlavə 1-dəki nümunəyə bax).
Nümunəni toplayan şəxs (şəxslər), nümunəsi götürülmüş dərman partiyasının hər
biri üçün istehsalçının dərman partiyasının təhlili sertifikatının nüsxəsini əldə
edəcək. O, nümunəni keyfiyyətə nəzarət laboatoriyasına qədər müşaiət etməlidir.
Laboratoriyaya göndərilən nümunələr, Əsas Resipiyent və keyfiyyətə nəzarət
sınağı laboratoriyası arasında bağlanmış kontrakta edilən istinadla brlikdə
keyfiyyətə nəzarət sınağı üçün yazılı müraciətlə müşaiət olmalıdır.
Addım 5. Keyfiyyətə nəzarət sınaqlarının nəticələri və hesabatlar
5.1 Sınaq
Anlayış/tərif:
Götürülmüş nümunənin xarici görünüş, identifikasiya və təsiretmə qabiliyyəti (test üzrə
sınaqdan keçirilmiş), təmizliyi (müvafiq maddələr üzrə sınaq), həll olunma xüsusiyyətləri
(həll olunma sınağı) və digər xüsusiyyətlər baxımından müəyyən edilmiş spesifikasiyaların
tələblərinə uyğun gəlib-gəlməməsinin müəyyən edilməsi məqsədi ilə laboratoriyada
aparılan əməliyyatlar.
Dərman vasitələrinin keyfiyyətinə nəzarət laboratoriyası nəticələr haqqında hesabatı, o
cümlədən özünün yekun rəyini təqdim edəcək. Analitik sınaq hesabatının nümunəsi, Əlavə
3-də göstərilib.
Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
150
Gəlişi zamanı karantina alınmış dərman vasitələrindən ibarət yüklərin tez bir zamanda
çıxarılmasına (bir şərtlə ki, onlar spesifikasiyaların tələblərinə cavab versin) və xüsusilə
təchizat şəbəkəsində olan məhsullar üçün spesifikasiyada qeyd edilmiş tələblərə cavab
verməyən hər hansı nəticələrə rast gəlindikdə dərhal tədbirin görülməsinə imkan yaratmaq
üçün keyfiyyətə nəzarət laboratoriyasına göndərilmiş məhsulların sınağının vəziyyətini
izləmək çox vacibdir.
Əsas Resipiyent/keyfiyyətin monitorinqi üzrə əlaqələndirici, gecikmələr yarandığı halda
keyfiyyətə nəzarət laboratoriyasına xatırlatmalar etmək üçün sonrakı nəzarət sisteminin
mövcud olmasını təmin etməlidir.
Növbəti nümunə götürmə siklinə başlamazdən öncə Əsas Resipiyent / əlaqələndirici
əvvəlki sikldə göndərilmiş bütün nümunələr üçün sınaq hesabatlarının alındığını təmin
etməlidir.
5.2 Spesifikasiyada qeyd edilmiş tələblərə cavab verməyən nəticələrin idarə olunması
Nümunə spesifikasiyaların tələblərinə cavab vermirsə, keyfiyyətə nəzarət laboratoriyası,
konkret bu vəziyyət üçün özünün standart fəaliyyət proseduruna uyğun şəkildə araşdırma
aparmalıdır.
Keyfiyyətə nəzarət laboratoriyası, Spesifikasiyada qeyd edilmiş tələblərə cavab
verməyən nəticəni təsdiq edərsə, Əsas Resipiyent/keyfiyyətin monitorinqi üzrə
əlaqələndirici dərman vasitələri üzrə milli tənzimləyici orqana dərhal məlumat verməlidir.
Ölkədə çatışmazlıqların arada qaldırılması tədbirlərinin görülməsinin təmin edilməsi dərman
vasitələrinə dair milli tənzimləyici orqanın məsuliyyətinə aid ediləcək. Malın qaytarılmasına
dair tədbirlərin görülməsinə başlanıldıqda əlaqələndirici, növbəti addım atılana qədər
qaytarılan dərman vasitələrindən ibarət yükün təhlükəsiz şəkildə saxlanılmasını təmin
etməlidir.
Çatışmazlığın və ya uyğunsuzluğun istehsalçı/təchizatçı səviyyəsində səhv olması aşkar
olunarsa, Əsas Resipiyent alqı-satqı müqaviləsinə uyğun olaraq müvafiq tədbir görməlidir.
Riayət
etməmə
halının ciddiliyindən asılı olaraq həmin tədbirə malların
istehsalçının/təchizatçının hesabına dəyişdirilməsi və ya müqaviləyə xitam verilməsi və ya
hər ikisi daxil edilə bilər. Bu barədə qərarı Əsas Resipiyent özü verəcək.
5.3 Nəticələr barədə Qlobal Fonda məlumatların təqdim edilməsi
Əsas Resipiyentlər keyfiyyətə nəzarət sınaqlarının nəticələrini Qlobal Fonda
təqdim etməlidir və həmin nəticələr Qlobal Fond tərəfindən ictimaiyyətə açıqlana
bilər.
Addım 6. Qeydlər/hesabatlar və sənədlər
Əsas Resipiyent/keyfiyyətin monitorinqi üzrə əlaqələndirici, keyfiyyətə nəzarət
fəaliyyətinə aid bütün işlərin gündəlik yenilənmiş qeydlərini aparmalıdır.
6.1 Sınağı aparılan hər bir məhsul üçün qeydə alınacaq minimum məlumatlar:
Məhsulun adı
İstehsalçının adı
Dərman partiyasının nömrəsi
İstehsal tarixi
Son istifadə tarixi
Ölkəyə daxil olma tarixi (dərman vasitələrindən ibarət yüklər üçün - gəldikdə)
Qlobal Fondun istinad nömrəsi (dərman vasitələrindən ibarət yüklər üçün -
gəldikdə)
İnvoysun (hesab-fakturanın nömrəsi) (dərman vasitələrindən ibarət yüklər üçün -
gəldikdə)
Nümunə götürülmə yeri
Tələb olunan saxlama şəraiti
Nümunə götürülmə tarixi
Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
151
Yoxlamanı aparmış və nümunəni götürmüş şəxsin (şəxslərin) adı
Keyfiyyətə nəzarət laboratoriyasına göndərilmə tarixi
Keyfiyyətə nəzarət laboratoriyasının adı
Nəticənin alınma tarixi
Analitik sınaq hesabatının nəticəsi
Spesifikasiyada qeyd edilmiş tələblərə cavab verməyən nəticələr aşkar olunduqda
görülmüş tədbirlər
Qeydlər (nümunəsi götürülmüş məhsul haqqında istənilən məlumat, məsələn,
qeyri-qənaətbəxş saxlanma şəraiti)
Sınağa aid bütün qeydlər, məhsulun son istifadə tarixindən sonra bir ildən az olmayan
müddət ərzində aparılmalıdır.
Əsas Resipiyentlər Qlobal Fondun qrant vəsaitləri hesabına alınmış bütün dərman
vasitələrinin keyfiyyətinin monitorinqini, aşağıdakı cədvəldə verilmiş qaydaya uyğun olaraq
ehtiyatların idarə edilməsi prosesləri vasitəsi ilə aparmalıdır.
A / Təchizat
MÜVAFİQ TƏLİMATLAR
Fəaliyyət
Məhsulun keyfiyyətinə dair məqsəd
1.
Təchizat
prosesinin
planlaşdırılmış vaxtda başlanılmasının
təmin edilməsi
Tender prosedurları, o cümlədən keyfiyyətə
aid prosedurlar üçün kifayət vaxtın ayrılması
(məsələn, mümkün olduğu halda dərman
vasitələrinin göndərilməsindən öncə keyfiyyətə
nəzarət sınağı)
2.
Təchizat
işinin
ehtiyaca
əsaslanmasını və müvafiq qaydada
proqnozlaşdırılmasını təmin etmək
məqsədi
ilə
kəmiyyət
təhlili
və
hesablamaları
tapşırığının
icrasına
keyfiyyətə monitorinq qrupunun cəlb
edilməsi
Müvafiq miqdarda dərman vasitələrinin
təchiz edilməsinin təmin edilməsi və dərman
vasitələrinin istifadə müddətinin bitməsi və ya
qeyri-qənaətbəxş şəraitdə saxlanılması ilə
nəticələnə
bilən
dərman
vasitələrinin
tükənməsinin və ya anbarda artıq yığılaraq
qalaqlanmasının qarşısının alınması
3. Qlobal Fondun qrantları hesabına
həyata keçirilən təchizat işlərində
Qlobal
Fondun
qayda
və
prosedurlarına,
o
cümlədən
KZ
siyasətinə riayət olunmasının təmin
edilməsi
Keyfiyyətli dərman vasitələrinin alınması
və mümkün olduqda dərman vasitələrinin
göndərilməsindən öncə keyfiyyətə nəzarət
sınağının keçirilməsinin təmin edilməsi
4. Dərman vasitələrindən ibarət
yükün ölkədə qəbul olunmasına qədər
təchizatçıların işinə nəzarətin həyata
keçirilməsi
Tranzit (daşınma, nəqletmə) zamanı
təhlükəsizlik baxımından baş verə biləcək
yubanmaların (gecikmələrin) və pozuntuların
qarşısının alınması – bu, qeyri-qənaətbəxş
saxlanma şəraiti və/və ya dərman vasitələrinin
zədələnməsi və ya düzgün davranılmaması ilə
nəticələnə bilər.
5. Müvafiq sənədlərin doldurulması
Məhsulların və bütün aidiyyati proseslərin
izlənilməsinin təmin edilməsi
Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
152
Dərman vasitələri üçün keyfiyyətə zəmanət və keyfiyyətə nəzarətin Standart Fəaliyyət
Proseduru
1.
Siyasət və məqsəd
Ölkə səviyyəsində aparılan keyfiyyətin monitorinqi və keyfiyyətə zəmanət fəaliyyətləri,
dərman vəsitələrinin paylanılmasının mühüm hissəsidir. Müvafiq Keyfiyyətə Zəmanət
Siyasəti, Qlobal Fondun resursları hesabına təchiz olunan hazır dərman vasitələri üçün
Qlobal Fondun keyfiyyətə nəzarət üzrə tələblərinə cavab vermək məqsədi ilə işlənib
hazırlanıb.
Bu SFP-da Keyfiyyətə Zəmanət Siyasətinin tətbiq edilməsi üçün təlimat və tövsiyyələr
verilib.
2.
Məsuliyyət
Səhiyyə Nazirliyinin Layihənin Əlaqələndirmə Qrupu (SN/LƏQ), Respublika QİÇS-lə
mübarizə Mərkəzi (RQMM), Ədliyyə Nazirliyinin Layihənin Əlaqələndirmə Qrupu
(ƏN/LƏQ), Ədliyyə Nazirliyinin Tibb baş idarəsi (ƏN TBİ), Ağciyər Xəstəlikləri İnstitutu
(AXİ), Vərəmlə Mübarizə üzrə Milli Proqram Mərkəzi (VMMPM), NDRA/ Dərman
Vasitələrinin Analitik Ekspertiza Mərkəzi (NDRA/DVAEM), SFP-da sadalanmış
fəaliyyətlərin həyata keçirilməsinə məsuliyyət daşıyan təşkilatlardır. Hər bir təşkilat,
iştirakçısı olduğu layihəyə aid olan keyfiyyətin monitorinqi və keyfiyyətə zəmanət
prosedurlarında iştirak etmək məqsədi ilə müvafiq şəxs təyin etməlidir (HİV/Vərəm).
3.
Tədbirlər
Keyfiyyətin monitorinqi və keyfiyyətə zəmanət prosedurlarını yerinə yetirmək
üçün aşağıdakı tədbirlərin görülməsi tələb olunur:
1.
Nümunə və sınaq proqramının layihələndirilməsi (işlənib hazırlanması).
İştirakçı olan bütün təşkilatların iştirakı ilə birgə görüşün (yığıncağın) təşkil
olunması və aşağıdakıların müəyyənləşdirilməsi: dərmanların saxlama yeri, sınaq
üçün təsadüfi seçilmiş nümunələrin götürüləcəyi laboratoriya və ya hər hansı
digər yer; yoxlama tarixi; yerlərdə aparılacaq nümunə götürülmə prosesində
iştirak edəcək şəxslərin təyin edilməsi. Bu məlumatlar məxfi hesab olunur və
sahələrdə işləyən şəxslərlə bölüşülməməlidir.
Məsul təşkilat (şəxs): SN/LƏQ, RQMM, ƏN/LƏQ, ƏN TBİ, ILD, CNTP,
NDRA/ DVAEM
2.
Nümunələrin götürülməsi. Sınaq üçün nümunələri to
3.
planacaq dərman vasitələri ilə sahədə yoxlamanın təşkili. Toplanılmış hər bir
nümunə haqqında məlumat, nümunəni götürülmə vaxtından laboratoriyada sınaq
edilən vaxta qədər müşaiət edəcək nümunənin toplanılması formasında qeyd
olunmalıdır. Nümunənin götürülməsi, Keyfiyyətə Zəmanət, ADDIM 3.
Nümunələrin götürülməsi bölməsində sadalanmış tövsiyyələrə uyğun şəkildə
aparılmalıdır.
Məsul təşkilat (şəxs): SN/LƏQ, RQMM, ƏN/LƏQ, ƏN TBİ, ILD, CNTP,
NDRA/ DVAEM
4.
Daşınma. Götürülmüş nümunələr, sınaq üçün keyfiyyətə
nəzarət
laboratoriyasına daşınmalıdır. Nümunənin götürülmə və nümunələrin keyfiyyətə
nəzarət laboratoriyasına göndərilməsi arasında keçən vaxtı azaltmaq üçün
daşınmanın mövcud olan ən sürətli vasiitəsindən (əsasən maşın (nəqliyyat
vasitəsi) və ya təyyarə) istifadə olunmalıdır. Daşınma, Keyfiyyətə Zəmanət.
Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
153
ADDIM 4. Daşınma bölməsində sadalanmış tövsiyələrə uyğun şəkildə
aparılmalıdır.
Məsul təşkilat (şəxs): SN/LƏQ, ƏN/LƏQ, NDRA/DVAEM
5.
Sınaq. Çatdırılmış nümunələr təyin edilmiş keyfiyyətə nəzarət laboratoriyası
tərəfindən sınaqdan keçirilməlidir. Keyfiyyətə nəzarət laboratoriyası nəticələr
haqqında hesabat hazırlamalı, o cümlədən özünün yekun nəticələrini təqdim
etməlidir.
Nümunə spesifikasiyaların tələblərinə cavab vermədiyi halda keyfiyyətə
nəzarət laboratoriyası bu situasiya üçün özünün standart fəaliyyət proseduruna
uyğun olaraq araşdırma aparmalıdır. Uyğunsuzluq hesabatı bunu təsdiq edərsə, o
zaman Əsas Resipiyent (SN) Dərman Vasitələri üzrə Milli Tənzimləyici Orqana
bu barədə dərhal məlumat verməli, sonuncu isə nöqsanların aradan qaldırılması
üzrə müvafiq tədbirlər görməlidir. Uyğunsuzluğun istehsalçı/təchizatçı
səviyyəsində olan nöqsan (səhv) səbəbindən meydana gəldiyi aşkar olunarsa, o
zaman ƏR alqı-satqı müqaviləsinə uyğun olaraq müvafiq tədbirə əl atmalıdır.
Məsul təşkilat (şəxs): NDRA/DVAEM
6.
Hesabatlılıq. Keyfiyyətə nəzarət üzrə sınaqların nəticələri Keyfiyyətə Zəmanət
prosesində iştirak edən bütün təşkilatlar arasında bölüşülməli və Qlobal Fonda
təqdim olunmalıdır.
Məsul təşkilat (şəxs): LƏQ/SN
4.
Baxış (nəzərdən keçirmə) tarixi.
Ən son tələblərə cavab verən səviyyədə saxlamaq üçün hər hansı bir dəyişikliyin
tələb olunub-olunmadığını müəyyənləşdirmək məqsədi ilə SFP sonuncu təsdiq
tarixindən etibarən hər il nəzərdən keçirilməlidir.
5.
Bölüşdürmə və əldə etmə
Bölüşdürmə
Əldə etmə
Ad
İmza
Tarix
İmza
Tarix
LƏQ/SN-
RQMM
TBİ ƏN
ILD
CNTP
NDRA/DVAEM
6.
Tarixçə
Tarix
Dəyişiklik üçün səbəb
26.06.2013
Yeni SFP
Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
154
Əlavə 17: Təlim mərkəzinin standart əməliyyatlar proseduru
Təlim mərkəzinə, onun işini təşkil və əlaqələndirən, maraqlarını təmsil edən və
fəaliyyətinə görə məsuliyyət daşıyan rəhbər başçılıq edir. Təlim mərkəzinin rəhbəri
vəzifəsinə işə götürmə və işdən azad etmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin
Tibb Baş İdarəsinin rəisi tərəfindən müvafiq qaydada həyata keçirilir.
I.Əsas anlayışlar və təriflər
Təlim mərkəzinin işçiləri
Təlim mərkəzinin işçiləri - Azərbaycan Respublikası ƏN TBİ-nin rəisinin əmri ilə
bölmələrin işçi ştat vahidi hesabına təyin edilən şəxslərdir. Təlim mərkəzi 5 nəfərdən ibarət
tərkibdə təşkil edilir: rəhbər, metodist, müəllim, assistent və sürücü. Təlim mərkəzinin
işçiləri onun rəhbərinə tabedirlər və öz öhdəliklərinin icrasını vəzifə təlimatlarına əsasən
həyata keçirirlər.
Müəllimlər
Təlim mərkəzi tərəfindən ilkin mərhələdə keçirilən təlimlərin müəllimləri, PS-də vərəmə
nəzarətdə iştirak edən təcrübəli işçilərdir. Növbəti mərhələdə müəllim qismində
xüsusiləşmiş dövlət təhsil müəssisələrində və ölkənin qeyri dövlət strukturlarında, həmçinin
beynəlxalq təşkilatlarda işləyən peşəkar mütəxəssislər cəlb edilə bilərlər.
Seçimlər və dəvətlər müqavilə əsasında müəllim və tərcüməçilərin cəlbini Təlim
mərkəzinin rəhbəri təşkil edir. Habelə müəllimlərin işinin təşkili, həmçinin tədris kursunun
hazırlanması və aparılması üzrə vəzifələrinin yerinə yetirmələrinə nəzarəti Təlim
mərkəzinin rəhbəri həyata keçiri.
Təlim mərkəzinin rəhbəri tədris kursu yekunlaşdıqda aparılan tədris kursu barədə
hesabatı hazırlayır və müəllimlərin fəaliyyətini qiymətləndirir. Müəllimlər iştirak etdikləri
təlim tədbirlərinin hazırlanması, aparılması, qiymətləndirilməsinə görə məsuliyyəti öz
üzərlərinə götürürlər. Müəllimlər tədris proqramını, apardıqları tədris üçün müəyyən edilmiş
məzmun və modul dizaynı standartına müvafiq tematik modulları işləyib hazırlayırlar.
Tədris tədbiri və tədris kursu
Struktur və davam etməsindən asılı olaraq bu tədbir Təlim mərkəzi tərəfindən
qabaqcadan planlaşdırılmış praktiki təlim üzrə bir günlük və ya bir-neçə günlük tədbirdir,
misal üçün: təlimin müxtəlif forma və mövzularından ibarət seminar, treninq, dəirmi masa,
mühazirə sessiyası, konfrans, forum və ya çox günlük kurslar və s. Təlim tədbirlərinin və ya
təlim kurslarının Tədris Proqramları kursantların və təlimin iştirakçılarının tələblərinə
əsasən müəllimlər tərəfindən vaxtında (təlim başlamamışdan əvvəl) hazırlanmalıdır.
Təlimin iştirakçıları və Kursantlar:
Təlim mərkəzi tərəfindən aparılan və təşkil edilən bütün növ tədris tədbirlərinin
(seminar, treninq, mühazirə sessiyası, kurslar, dəirmi masa, konfranslar, forumlar)
iştirakçılarıdır. Təlim mərkəzində vərəmə nəzarət məsələri üzrə nəzəri və praktiki təlimlərin
iştirakçıları aşağıdakı şəxslər ola bilər:
-
Tibb əməkdaşları (orta tibb personalı, laborantlar, həkimlər, tibb bölmələrinin
rəhbərləri);
-
Azərbaycan Respublikasının penitensiat sisteminin tibb əməkdaşı olmayan şəxslər;
-
Şərqi Avropa və Mərkəzi Asiya ölkələrinin nümayəndələri;
-
İctimai səhiyyə mütəxəssisləri, Tibb Universitetinin tələbələri, tibb kolleclərində,
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Akademiyasında təhsil alan şəxslər.
Tərcüməçilər
Tərcüməçilərin müqavilə əsasında seçilməsi və dəvət edilməsini ƏN TBİ təşkil edir.
Tərcüməçilərin işinin təşkilini, materialların, sənədlərin, çıxışların tərcüməsi üzrə işin
icrasına nəzarəti Təlim mərkəzinin rəhbəri həyata keçirir.
Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
155
Tədris planı
Tədris tədbirlərinin aparılmasını, onların aparılması və təşkilinə görə məsuliyyət
müəyyən edən bütün maraqlı şəxsləri və prosessin iştirakçılarını əks etdirən razılaşdırılmış
tədris tədbirlərinin qrafikidir. Sənəd məsul müəllimin mövzusu, konkret peşəkar fəaliyyətin
şərtləri və tədris prosessinin mərhələləri nəzərə alınmaqla əlavə və dəqiqləşdirmələrlə
hazırlanır. Zəruri tədris müddətinin həcmi göstərilməklə, bütün növ tədris kurslarını
tərkibinə daxil edir. Tədris planı Təlim mərkəzinin rəhbəri tərəfindən tədrisdə tələblərə və
əldə olan resurslara müvafiq olaraq hazırlanır və Azərbaycan Respublikası ƏN TBİ-nin rəisi
tərəfindən təsdiq edilir. Tədris planı müəllimlərin tədris işinin işgüzarlığının hesablanması
üçün əsasdır.
Tədris proqramı
Tədrisin konkret məzmununu müəyyən edən sənəddir. İş proqramı müəllim tərəfindən
aparılan tədris təlimi və ya kursu üzrə hazırlanır və strukturuna görə fərqlənə bilər, lakin
mütləq aşağıdakı məlumatları özündə əks etdirməlidir:
Tədris tədbirinin və ya tədris kursunun tam adı:
Kursun keçirilmə tarixi, saat sayı;
Tədrisin təşkilatçısı və aparılma yeri;
Məsul müəllim göstərilməklə müəllimlərin A.S.A və əlaqə məlumatı;
Tədrisin iştirakçıları – ixtisas, iş yeri (müəssisənin profili), iştirakçıların sayı;
Tədris tədbirinin/kursunun qısa təsviri, bura həmçinin daxildir: məqsəd, vəzifə,
məzmun və gözlənilən nəticələr;
Məşğələlərin cədvəli, tədrisin iştirakçılarına (tanışlıq, mühazirə, təqdimat, müzakirə,
qrup şəklində iş, təcrübi məşğələlər, klinik və təsadüfi məsələlərin həlli, qarşılıqlı
əlaqə, qiymətləndirmənin keçirilməsi, sertifikatların verilməsi.) təqdim edilən
materialı daha yaxşı mənimsəməyə şərait yaradan müxtəlif metodiki elementlərdən
ibarətdir. Məşğələlərin cədvəlini təşkil edən elementlər tədris tədbiri üçün ayrılan
müddətdə məntiqəuyğun şəkildə paylanır, müəllimlərin hər elementə görə
məsuliyyəti müəyyən edilir.
Modul
Modul (blok) tədrisin struktur vahididir, qəbul edilmiş tədris standartı və mütəxəssisin
təsnifat xarakteristikası əsasında hazırlanır. Tematik modul müəyyən edilmiş mövzu üzrə
zəruri məlumatlar və elmi-metodiki sənədlərin məcmusudur. Modulun məqsədi – oyrənilən
mövzunun modelinin yaradılmasıdır.
Tematik Modul aşağıdakı yüklülükdən ibarətdir:
Tədrisin iştirakçılarına mövzunun mənimsəmələrində metodiki və praktiki köməyin
göstərilməsi;
Müəllimlərə mövzu üzrə tədris prosessinin hazırlanması və keçirilməsində metodiki
köməyin göstərilməsi;
Tədris prosessinin təmin edilməsinin sonrakı təkmilləşdirilməsi üzrə işin
qiymətləndirmə və planlaşdırılmasının əsasıdır.
Qeyd etmək lazımdır ki, tematik modulun formalaşması bir dəfəlik tədbir deyil,
sübutedici baza və təcrübi sınaqların göstəricilərinə əsaslanan, ən yaxşı milli və dünya
təcrübəsi, tövsiyəsi barədə yığılan məlumatın uçotu barədə mütəmadi fəaliyyətdir. Müəllim
kollektivindən tematik modulların, onların komponentlərinin yaradılması, qaydaya
salınması, təkmilləşdirilməsi, daha dərindən anlaşılması və optimizasiya tələb edilir.
Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
156
Tematik Modulun standartı
Tematik Modula aşağıdakı materiallar daxildir:
Giriş (tematik modulun məzmunundan ibarətdir)
Bu tip Tədris Proqramı (bu mövzunun məzmunu təşkil edən bölmələr daxil olmaqla)
Bu mövzu üzrə qısa mühazirə konspekti, təqdimatlar, materiallar və görülən işlər;
Elmi-metodiki materiallar (qruplarda işin təsviri, müzakirələrin sualları, məsələlər
kitabçası, bu mövzuda olan dərsliklərin siyahısı və s.);
Təlimin iştirakçılara təqdim ediləcək materiallar;
Məlumat materialları (buklet, vərəqlər, broşürlər, lövhələr və s.);
Təlim keçənlərin bilik səviyyəsinin nəzarət üçün test sualları və tövsiyələr;
Tövsiyə edilən ədəbiyyatın siyahısı (dərsliklər, metodiki tövsiyələr və rəhbərlik,
dərsliklər, o cümlədən elektron) və Əmrlərə həmçinin internet mənbələrinə istinad
edən normativ-hüquqi baza.
Dostları ilə paylaş: |