Penitensiar sistemdə Vərəmə nəzarət üzrə TƏLİmat


İİV-ə yoluxmuş xüsusi kontingent



Yüklə 4,08 Mb.
Pdf görüntüsü
səhifə13/21
tarix09.02.2017
ölçüsü4,08 Mb.
#8257
1   ...   9   10   11   12   13   14   15   16   ...   21

 
İİV-ə yoluxmuş xüsusi kontingent 
arasında vərəmin profilaktikası barədə 
Penitensiar müəssisələrdə xüsusi kontingent arasında aparılan müayinələrin təhlili həyata 
keçirilən  bir  sıra  tədbirlərə  baxmayaraq  İİV-ə  yoluxmuş  şəxslərin  sayının  artdığını  göstərir. 
Ümümdünya  Səhiyyə  Təşkilatının  (ÜST)  məlumatına  əsasən  İİV  infeksiyasının  yayılması 
İİV/Vərəm ko-infeksiya hallarının artması ilə də müşayiət edilir. 
İİV-ə yoluxmuş şəxslər arasında vərəmlə xəstələnmə səviyyəsinin azaldılması məqsədi ilə 
ÜST  tövsiyələri  nəzərə  alınaraq  penitensiar  müəssisələrdə  fəal  vərəm  hallarını  erkən 
aşkarlamaq üçün müəyyən tədbirlər həyata keçirilir. Bu məqsədlə  müxtəlif müəssisələrdə beş 
yeni  Xpert  TB  Rif  müayinə  üsulu  tətbiq  edilmiş,  ikisinin  isə  yaxın  zamanlarda  istismara 
verilməsi  gözlənilir.  Xpert  TB  Rif  üsulu  penitensiar  müəssisələrdə  vərəmin  aşkarlanması 
alqoritminə daxil edilmiş və uğurla tətbiq olunmaqdadır. Vərəmin erkən aşkarlanmasını təmin 
etmək  üçün  bir  sıra  digər  yeniliklər  tətbiq  edilmiş,  o  cümlədən  bəlğəmin  toplanması  və 
daşınması prosedurları təkmilləşdirilmişdir. 
ÜST-nın  məlumatlarına  görə  İzoniazidlə  Preventiv  Terapiyanın  (İPT)  tətbiqi  də  bu 
məqsədlərə qulluq edir. 
Qeyd  edilənləri  nəzərə  alaraq,  Azərbaycan  penitensiar  müəssisələrdə  İİV-ə  yoluxmuş 
şəxslər arasında vərəm hallarının qarşısını almaq məqsədi ilə, 
 
Ə M R   E D İ R Ə M :
 
1.
 
ÜST-nın «Məhdudlaşmış resurslar şəraitində İİV-lə yaşayan insanlar arasında vərəm 
hallarının  intensiv  aşkarlanması  və  izoniazidlə  profilaktik  müalicəsi»  təlimatının  öyrənilməsi 
məqsədi  ilə  penitensiar  müəssisələrdə  çalışan  tibb  xidməti  əməkdaşlarına  İxtisaslaşdırılmış 
müalicə  müəssisəsinin  Vərəm  üzrə  Təlim  mərkəzində  treninqlər  təşkil  olunsun  (İftixar 
Qurbanov, Füzuli Hüseynov, Nəhmət Rəhmanov, İradə Məmmədova, Elnur Məmmədov). 
2.
 
Cəzaçəkmə  müəssisələrində  saxlanılan  İİV-ə  yoluxmuş  şəxslər  arasında  fəal  vərəmi 
inkar etmək və vərəmin aktiv profılaktikasını təmin etmək məqsədi ilə dövri tibbi müayinələrin 
və İPT-nın həyata keçirilməsi üçün aşağıdakı tərkibdə səyyar həkim briqadaları yaradılsın. 
 
Birinci briqada: 
      Abbasəli Məmməd oğlu Sadıqov - t/x mayoru, MİTİ-nin inspektoru-həkim (AİDS və 
yoluxucu xəstəliklər üzrə), rəhbər  
      Hikmət Elşad oğlu Aydəmirov -t/x leytenantı, İxtisaslaşdırılmış müalicə müəssisəsinin 
                                                   tibb xidməti I vərəm şöbəsinin böyük həkim-ftiziatrı 
      Asif Arif oğlu Şirinov - t/x baş leytenantı, Müalicə müəssisəsinin tibb xidməti 
      İnfeksion xəstəliklər şöbəsinin rəisi (həkim-infeksionist) 
 
İkinci briqada: 
      Elnur Rövşən oğlu Məmmədov - t/x mayoru, İxtisaslaşdırılmış müalicə müəssisəsinin     
                 tibb xidməti Dispanser şöbəsinin həkim-infeksionisti (AİDS üzrə), rəhbər 
      Sakit Yasir oğlu Hümbətov - t/x leytenantı, İxtisaslaşdırılmış müalicə müəssisəsinin 
                   tibb xidməti Somatik xəstəliklər şöbəsinin həkim-ftiziatrı   
      Samir Vaqif oğlu Hüseynov - t/x leytenantı, Gigiyena və epidemiologiya mərkəzinin 
həkim-epidemioloqu 
 
3.
 
Həkim briqadalarına tapşırılsın: 

Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
 
117 
 
3.1.
 
Xüsusi  cədvəl  üzrə  ildə  iki  dəfə  (mart-aprel  və  sentyabr-oktyabr  aylarında)  istintaq 
təcridxanalarında  və  cəzaçəkmə  müəssisələrində  saxlanılan  İİV-ə  yoluxmuş  şəxslərin 
vərəmə  görə  sorğu-skrininqdən  və  həkim-mütəxəssislərin  baxışından  keçirilməsi, 
nəticələrinin fərdi ambulator kitabçalara qeyd edilməsi təmin edilsin. 
3.2.
 
Skrininqin,  həkim baxışlarının və Xpert TB Rif-in nəticələrinə əsasən fəal  vərəm  inkar 
edilən hallarda həmin şəxslərə 6 aylıq «İzoniazid 300 mq + Piridoksin 50 mq» İPT kursu 
təyin edilsin. 
3.3.
 
Növbəti  müayinə  zamanı  təyin  edilmiş  müalicə  kursunun  gedişi  və  qiymətləndirilməsi 
həyata  keçirilsin,  bu  barədə  ambulator  kitabçada  xüsusi  qeydlərin  aparılması  təmin 
edilsin. 
3.4.
 
Hər bir İİV-ə yoluxmuş şəxsə İPT kursunun beş ildən bir təkrarlanması təmin edilsin. 
3.5.
 
İPT  ilə  bağlı  həyata  keçirilən  işlər  elektron  məlumat  bazasına  daxil  edilsin  (Abbasəli 
Sadıqov, Elnur Məmmədov). 
 
4.
 
 Penitensiar müəssisələrin TSH rəislərinə tapşırılsın: 
4.1.
 
İldə iki dəfə (fevral-mart və avqust-sentyabr aylarında) müəssisələrdə saxlanılan 
İİV-ə yoluxmuş şəxslərdən götürülmüş bəlğəm nümunələrinin (hər şəxsdən bir nümunə 
olmaqla) Xpert TB Rif üsulu ilə müayinə üçün cədvəl üzrə laboratoriyalara göndərilməsi 
(Əlavə 1) və nəticələrin fərdi ambulator kitabçalarda əks olunması təmin olunsun (TSH 
rəisləri, Ceyhun Həsənov). 
4.2.
 
Xpert  TB  Rif  müayinəsinin  nəticəsi  MTB  müsbət  olduqda,  qısa  müddətdə  məhkumun 
İxtisaslaşdırılmış müalicə müəssisəsinə göndərilməsi təmin edilsin. 
4.3.
 
Skrininq  zamanı  İİV-ə  yoluxmuş  şəxsdə  fəal  vərəmin  olmasına  şübhə  doğuran  dörd 
əlamətlərdən biri müşahidə edildikdə (davamlı hərarət, iki-üç həftədən artıq davam edən 
öskürək, tərləmə, çəkinin azalması) həmin şəxsdən bir bəlğəm nümunəsinin götürülərək 
əkmə  müayinəsi  üçün  İMM-nin  laboratoriyasına  göndərilməsi  təmin  edilsin  (TSH 
rəisləri, Rasim Tahirli). 
4.4.
 
Skrininq  zamanı  fəal  vərəmin  olmasına  şübhə  doğuran  əlamətlərdən  biri  müşahidə 
edildiyi,  lakin  bakteriolojı  müayinə  nəticəsində  vərəm  təsdiq  edilmədiyi  halda  həmin 
şəxsə  on  dörd  günə  qədər  müddətə  qeyri-spesifık  müalicə  təyin  edilsin.  Dinamiki 
müşahidədə  həmin  əlamətlər  aradan  qaldırıldıqdan  sonra  İPT  kursunun  təyin  edilməsi 
üçün məhkum təkrarən  həkim briqadasına təqdim  edilsin.  Əlamətlər aradan qalxmadığı 
halda məhkumun ətraflı müayinə üçün Müalicə müəssisəsinə göndərilməsi təmin edilsin. 
4.5.
 
İPT  kursunun  qəbulu  TSH-nin  həkimlərinin  müşahidəsi  altında  aparılsın  və  bunun 
qeydiyyatı  xüsusi  formalı  vərəqələrdə  əks  olunsun  (Əlavə  2).  Qeydiyyat  aparılmış 
vərəqələr İİV-ə yoluxmuş şəxslərin ambulator kitabçalarına tikilsin. 
 
5.
 
Müalicə müəssisəsi tibb xidmətinin baş həkiminə tapşırılsın (Bəhruz Mirzəyev): 
5.1.
 
Müalicə  müəssisəsinin  tibb  xidmətində  fəal  vərəm  aşkar  edilmiş  İİV-ə  yoluxmuş 
şəxslərin  qısa  müddətdə  İxtisaslaşdırılmış  müalicə  müəssisəsinə  göndərilməsi  təmin 
edilsin. 
5.2.
 
Müayinələr nəticəsində fəal vərəm inkar edilmiş İİV-ə yoluxmuş şəxslərə İPT kursunun 
aparılması təmin edilsin. 

Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
 
118 
 
6.
 
İxtisaslaşdırılmış  müalicə  müəssisəsinin  təsərrüfat  briqadasında  saxlanılan  məhkumlar 
arasında bu əmrin 3.1; 3.2; 3.3; 3.4; 3.5; 4.1; 4.3; 4.4. və 4.5. bəndlərində müəyyən olunmuş 
qaydada İPT kursunun aparılması təmin edilsin (Nəhmət Rəhmanov). 
7.
 
İPT  kursunda  istifadə  olunan  dərmanlara  tələbatın  proqnozu,  onların  satın  alınması, 
müvafıq şəraitdə saxlanılması, paylaşdırılması və qeydiyyatın aparılması təmin edilsin (Rafıq 
Xudayev, Füzuli Hüseynov, Ariz Quliyev, Abbasəli Sadıqov, Elnur Məmmədov) 
8.
 
Əmrin  icrasına  nəzarət  Tibb  baş  idarəsinin  rəis  müavini  Murad  Süleymanova  həvalə 
edilsin. 
9.
 
Əmr aidiyyəti üzrə elan edilsin. 
Tibb baş idarəsinin rəisi 
tibb xidməti general-mayoru 
Rəfail Mehdiyev 
Əlavə 1 
Müəssisələr üzrə İİV-ə yoluxmuş şəxslərin bəlğəm nümunələrinin 
Xpert TB Rif üsulu ilə müayinəsi təhkim olunmuş laboratoriyalar 
İMM-nin tibb xidməti laboratoriyası - CM-2, TM, CM-4, CM-9, CM-16, CM-17, İT-3 
MM-nin tibb xidməti laboratoriyası - CM-1, CM-6, CM-11, CM-15  
BİT-in laboratoriyası - CM-5, CM-7, CM-10, BİT, İT-2  
CM-13-ün laboratoriyası - CM-8, CM-12, CM-13, CM-14, Həbsxana 

Əlavə 2 
İzoniazidlə Preventiv Terapiya (İPT) kursunun qəbulunun qeydiyyat vərəqəsi  
İPT kursu təyin edilmiş şəxsin soyadı, adı, atasının adı. . . . . . .  . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .             
Təvəllüdü . . . . . . . . . . . . . .                     Qeydiyyat №-si . . . . . . . . . . . . . . .                      CM- . . . . . . 
Gündəlik qəbul edilən dərmanlar və dozası:   
İzoniazid - 300 mq
   və    
Piridoksin - 50 mq  
Müalicə başlanıb . . . . . . . . . . . . . . . . . . . . . .                     Müalicə başa çatıb . . . . . . . . . . . . . . . . . . . . . .            Sayca neçənci müalicə кursudur . . . . .  
 
 
Aylar 
 
1

2

3

4

5

6

7

8

9

1
10 
1
11 
1
12 
1
13 
1
14 
1
15 
1
16 
1
17 
1
18 
1
19 
2
20 
2
21 
2
22 
2
23 
2
24 
2
25 
2
26 
2
27 
2
28 
2
29 
3
30 
3
31 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
TSH-nin rəisi . . . . . . . . . . . . . . . . . . / . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 
                                                     imza                                                adı və soyadı 
 
 
İPT kursunu təyin etmiş məsul həkim . . . . . . . . . . . . . . . . . . / . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 
                                                                                          imza                                                adı və soyadı

Əlavə 14: İMM-də keçirilən səhiyyə maarifi protokolu  
SM  vərəmlə  mübarizə  proqramının  ayrılmaz  bir  hissəsidir.  SM  əsasən  xəstəliyə 
yoluxma  riskini  azaltmaq  üçün  PS-in  inzibati  əməkdaşlar  və  tibbi  işçilərdə,  habelə 
məhbuslar,  onların  ailə  üzvləri  və  ziyarətçilər  də  daxil  olmaqla  vərəm  sahəsində  bilik 
səviyyəsini artıraraq münasibət və davranışlarına müsbət təsir göstərir. 
Bu  protokol  müəssisənin  həkimlərinin  və  orta  tibb  işçilərinin  səhiyyə  maarifi 
sahəsində müntəzəm olaraq həyata keçirdikləri fəaliyyətləri əks etdirir.  
Səhiyyə Maarifinin məqsədi: 

 
İnfeksiyanın ötürülməsinin qarşısını almağa yardımçı olmaq; 

 
Xəstəlik hallarının erkən aşkarlanmasına kömək etmək;  

 
Xəstələrin müayinədən yayınmasının qarşısını almaq; 

 
Bütün xəstələrin sağalmasına nail olmaq. 
 
SM vərəmə nəzarəti aşağıdakılar vasitəsilə təkmilləşdirir: 

 
Vərəm  xəstəliyinin  simptomları,  diaqnozun  erkən  mərhələlərdə  təsdiq  olunması, 
vərəməleyhi  tam  müalicə  kursu  almanın  səmərəliliyi  barədə  məhbusları  və  işçiləri 
məlumatlandırmaq. 

 
Vərəm infeksiyasından qorunmağın ən yaxşı yolunu: vərəm ehtimal olunan şəxslərin 
erkən aşkarlanması və ehtiyac olduqda müalicəyə cəlb olunmaqları barədə işçiləri və 
məhbusları məlumatlandırmaq. 

 
Vərəm  xəstəliyinin  xüsusiyyətlərı,  onun  nəzarət  altına  alınması  üçün  tədbirlər 
haqqında işçilərin və məhbusların düzgün məlumatlarlandırmaq, bununla  da vərəm 
haqqında səhv anlayışı aradan qaldırmaq. 

 
İnfeksiyanın  ötürülməsi  (öskürmək  etikası),  xəstəliyin  və  dərmana  davamlı 
ştammların  yaranması  (nəzarətsiz,  pərakəndə,  yarımçıq  müalicə)  kimi  risklərin 
azaldılması  məqsədi  ilə  məhbusun  və  işçilərin  davranış  qaydalarına  əməl  etmələri 
üçün ruhlandırmaq.  

 
Proqramın  idarəedilməsi  və  həyata  kecirilməsi  prosedurları  haqqında  işçiləri  tam 
xəbərdar etmək.  

 
Vərəm  diaqnozu  təsdiqlənmiş  xəstələrə  müəyyən  prosedurların  vacibliyinin 
anladılması  və  həkim-pasient  əməkdaşlığının  yaxşılaşdırmaq  məqsədi  ilə  müalicə 
prosedurları  haqqında  məlumatlar  vermək  (məs:  infeksiyaya  görə  təcrid  olunma, 
bəlğəm toplanması, DOT, müalicədən sonrakı müşahidə və s.).  
 
Hədəf qrupları: 
PS-də SM məhbuslarla təmasda olan bütün qruplar üçün zəruri hesab edilməlidir. Bu 
qruplara daxildir: 

 
İMM-nin tibb işçiləri

 
İMM-nin inzibati işçiləri; 

 
Mühafizəçilər; 

 
Məhbuslar; 

 
Qəbul bölməsinə gətirilən vərəm ehtimal olunan məhbuslar; 

 
Vərəm əleyhinə müalicədən imtina etmiş xəstə-məhbuslar; 

 
Vərəm əleyhinə müalicənin Intensiv Fazasına başlayan xəstələr

 
Vərəm əleyhinə müalicənin Davamedici Fazasına başlayan xəstələr; 

 
Vərəm əleyhinə müalicə kursunu bitirmədən azadlığa buraxılan xəstələr; 

 
Vərəm əleyhinə müalicəni bitirən məhbuslar; 

 
Dispanser şöbəsində vərəm əleyhinə müalicədən sonra reabilitasiya dövrundə 
müşahidədə saxlanılan məhbuslar; 

Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
 
121 
 

 
Qrupdaxili maarifləndirici kimi fəaliyyət göstərən məhbuslar; 

 
Məhbus-xəstə ilə görüşə gələn ailə üzvləri və ziyarətçilər. 
 
İMM-də səhiyyə maarifinə dair fəaliyyətlər 
İMM-də  SM-ə  dair  fəaliyyətlər  əsasən  həkim  və  tibb  bacıları  tərəfindən  aparılır. 
Dərmanların paylanması, inyeksiyaların aparılması, bəlğəmin toplanılması kimi prosedurlar 
tibb bacıları tərəfindən tətbiq edildiyindən, məhbuslarla sıx ünsiyyətdə olduqlarından, onlar 
xəstələrin psixologiyası  ilə  yaxından tanışdırlar və  bu da tibb bacılarının  məlumatlandırma 
sessiyalarını  asanlıqla  həyata  keçirməsinə  və  məlumatları  qrupa  aşılamasına  köməklik 
göstərir.  Xəstələr  üçün  məlumatlandırma  sessiyaları  İMM-də  müalicənin  aşağıdakı 
mərhələlərinə əsasən tətbiq edilir: 

 
Qəbul bölməsində, diaqnozun təsdiq olunduğu vaxt; 

 
Vərəm  ehtimal  edilən  bütün  məhbuslar  İMM-nin  qəbul  bölməsində  vərəm  xəstəliyi 
təsdiqlənənə qədər saxlanıldığı və müvafiq müalicəyə qoşulduğu vaxt; 

 
Müalicənin  başlanğıcında: xəstədə vərəm  diaqnozu təsdiqləndikdən sonra, terapiyanın 
Intensiv  Fazasına  başlamaq  üçün  müalicə  bölməsinə  göndəriləndə  xəstə  tibbi 
prosedurlar,  müalicənin  müddəti,  tam  müalicə  üçün  lazım  olan  şərtlər,  dərmanların 
əlavə  təsirlərin  yaranma  ehtimalı,  onların  idarə  olunması,  müalicəyə  əməl  etməmə 
riskləri və s. haqqında məlumatlandırılır; 

 
Davamedici  Fazanın  başlanğıcında:  xəstə  müalicənin  Intensiv  Fazasını  bitirdikdən 
sonra  müalicənin  davam  etdirilməsi  üçün  başqa  bölməyə  göndəriləndə  müalicənin 
nəticələri, müalicəyə davam etmənin əhəmiyyəti haqqında məlumatlandırılır; 

 
Müalicə tamamlandıqda xəstə bəlğəmin müayinəsinin nəticələri, müalicənin uğurlu və 
ya uğursuz olması haqqında məlumatlandırılır; 

 
Əgər müalicənin tibbi baxımdan, könüllü və ya digər səbəblərə görə yarımçıq kəsilməsi 
baş verərsə – səbəbinə uyğun maarifləndirmə; 

 
Əgər  xəstə  müalicə  altında  olarkən  azadlığa  buraxılarsa  və  ya  başqa  müəssisəyə 
köçürülərsə - uğurlu  nəticə əldə  etmək, ailə üzvlərini və digər şəxsləri qorumaq üçün 
müalicəni davam etdirməyin əhəmiyyəti barədə məlumatlandırmaq. 
İMM-nin Təlim mərkəzində bütün PS-in əməkdaşları (əməliyyat işçiləri, nəzarətçilər və 
mühafizəçilər),  tibb  işçilər  üçün  vərəmə  nəzarət  sahəsində  müxtəlif  mövzularda  təlimlər 
keçirilir. 
Səhiyyə maarifçisi kim olmalıdır? 
Düzgün məlumata yiyələnmiş, öyrətməyi, müzakirə etməyi və dinləməyi bacaran hər bir 
kəs səhiyyə maarifçisi ola bilər: 

PS-də  işləyən  və  məhbusların  psixologiyasından  xəbərdar  olan  tibb  işçiləri 
(həkimlər, feldşerlər və tibb bacıları); 

Inzibati işçilər arasında öyrətmə bacarığı olan şəxslər; 

Məhbuslar arasından qrupdaxili maarifləndiricilər;  

Vərəm  xəstəliyindən  sağalmış  və  ya  digər  məhbuslar  arasında  nüfuzu  olan 
məhbuslar. 
Müvəffəqiyyətə nail olmaq üçün maarifçilər ilk olaraq nəzərdə tutulmuş qrupun biliyini
münasibətini və davranışını müəyyənləşdirməlidir. 
 

Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
 
122 
 
İMM-nin bölmələrində məlumatlandırma sessiyaları 
Bu sessiyalar hər şöbənin həkim və orta tibb personalı tərəfindən aparılır. 
Qrup halında sessiyalar həkimlər tərəfindən ən azı ayda 3 dəfə aparılır (10 gündə 1 
dəfə). 

 
Tibb bacısı bölməyə gətirilmiş xəstələrin siyahısını hazırlayır; 

 
Təyin edilmiş vaxtda onları məlumatlandırma sessiyasına dəvət edir; 

 
Bölməyə uyğun məlumatlandırma sessiyasını keçirir. 
Feldşer və tibb bacıları hər xəstə ilə ayda 1 dəfə fərdi dərslər aparırlar. 
Tibb işçilərinin aşağıdakılar haqqında biliyi və bacarığı olmalıdır: 

 
Məhbusları, PS işçilərini və ziyarətçiləri SM ilə təmin etmək. 

 
Məhbuslar, PS işçilərində və ziyarətçilərdə vərəm simptomlarını müəyyən etmək. 

 
Daxilolma skrininqi zamanı vərəm ehtimal olunan şəxsləri aşkarlamaq və onların 
tibbi məsləhət məqsədi ilə həkimə müraciət etmələri üçün ruhlandırmaq. 

 
SM,  daxilolma  skrininqi  ilə  əlaqədar  lazımi  sənədlərin  hazırlanması  və 
məhbusların  CM-lərdən  gətirildikdən  sonra  qeydiyyatdan  keçirilməsini  təmin 
etmək. 

 
Özlərini peşə ilə bağlı risklərdən qorumaq. 

 
Tibbi tullantıların təhlükəsiz şəkildə məhv edilmə qaydalarını bilmək. 

 
İnzibati təhlükəsizlik qaydalarına əməl etmək. 
Maarifləndirici vasitələr: 
Uğurlu  maarifləndirmə  vasitələri  diqqəti  cəlb  edən,  məlumatlandırıcı,  düzgün  və 
dəqiq  olmalıdır.  Bu  səbəbdən,  təsirini  saxlamaq  üçün  ismarıclar  təkrar  olunmalı  və 
müxtəlif yollarla möhkəmləndirilməlidir.  
Əldə olan bəzi vasitələr: 

 
Qrup şəklində və fərdi məlumatlandırma; 

 
Posterlər, broşürlər; 

 
Afişalar (bildirişlər); 

 
Hekayələr;  

 
Vərəm haqqında maarifləndirici filmlər; 

 
Video, audio materiallar; 

 
Reklam vasitələri (vərəmə dair ismarıclarin əks olunduğu dəftər, qələm və s.). 
Bütün  materiallarla  bütün  şöbə  və  bölmələr  xəstə  və  məhbusların  istənilən  vaxt 
istifadəsi üçün təmin edilmişdir.  
Monitorinq və qiymətləndirmə 
Vərəmin  profilkatikası  sahəsində  maarifləndirmə  işlərinin  aparılmasının  təşkili, 
tətbiqi,  yaxşılaşdırılması  üçün  görüləcək  işlərə  xüsusi  komitə  tərəfindən  nəzarət 
ediləcək. 
 
 

Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
 
123 
 
Əlavə  15:  Müalicəni  bitirmədən  azadlığa  buraxılan  vərəmli  xəstələrə  dəstək  layihəsinin  iş 
prinsipləri 
Müalicəni bitirmədən 
azadlığa buraxılan vərəmli xəstələrin kurasiyası üzrə müqavilə 
 
 
 
 
 
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 
Elmi-Tədqiqat Ağ Ciyər Xəstəlikləri İnstitutu 
 
və 
 
Qlobal Fondun 9-cu Raund Vərəm Layihəsinin sub-resipiyenti 
“Sağlamlığa Xidmət” İctimai Birliyi 
 
 
arasında 
 
 
müalicəsi başa çatmadan Ədliyyə Nazirliyinin İxtisaslaşdırılmış müalicə 
müəssisəsindən azadlığa buraxılmış vərəmli xəstələrin Səhiyyə Nazirliyinin tabe vərəm 
əleyhi tibb müəssisələrində müalicələrinin sonadək izlənilməsi üzrə 
 
 
ƏMƏKDAŞLIQ  MÜQAVİLƏSİ  
 
 
 
 
 
“TƏSDİQ EDİRƏM” 
“TƏSDİQ EDİRƏM” 
 
Azərbaycan Respublikası 
Səhiyyə Nazirliyinin Milli Vərəmə  
Nəzarət Proqramı adından 
 
 
 
Viktor Qasımov 
Səhiyyə Nazirliyinin Milli Vərəmə  
Nəzarət Proqramının rəhbəri 
Azərbaycan Respublikası 
Ədliyyə Nazirliyinin 
Tibb baş idarəsi adından 
 
 
 
Rəfail Mehdiyev  
Ədliyyə Nazirliyinin Tibb baş  
idarəsinin rəisi   

Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
 
124 
 
Yüklə 4,08 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin