Çıxış qurğuları Fərdi kompüterin çıxış qurğularına misal olaraq, monitoru, printeri, səs kolonkasını, grafikçəkəni, strimmeri və s. göstərmək olar.
Monitor -çıxış qurğusu olub kompüterə daxil olan məlumatlara və alınmış nəticələrə nəzarət etmək üçün istifadə olunur. Fərdi kompüterlərdə istifadə olunan monitorlar ekranın ölçülərinə görə aşağıdakı ölçüdə olurlar: 14,15, 17,19 və 21 dyüm. Monitorlar şəklin formalaşdırılması prinsinlərinə görə aşağıdakı növlərə bölünürlər:- elektron-şüa borusu, mayekristal və plazma. Plazma və mayekristal monitorlar nazik səth formasında olur, çəkiləri çox kiçik olur.
Monitorun əsas səciyəvi xüsusiyyətləri
pixellərin sayı
kadrların əks olunma tezliyi
korpusun materialı
dioqnal üzrə ölçüsü
müdafiə dərəcəsi
Printer – kompüterin xarici qurğusu olub, informasiyanı kağız üzərində çap etmək üçündür. İnformasiyanın çıxışa verilməsi üsuluna görə printerlər iki qrupa bölünür: simvollu və qrafiki. Simvollu printerlər sətrdəki ayrı-ayrı simvolları bütöv şəkildə çap başlığına ötürür.
Qrafiki printerlərdə məlumat simvollar şəklində deyil, ayrı-ayrı nöqtələr şəklində çıxışa ötürülür. Vahid uzunluqda bir dyümdə (1 dyüm=2.54 mm) olan nöqtələrin sayı printerin imkanlarını göstərir. Bütün çap qurğuları çapetmə prinsipinə görə aşağıdakı qruplara bölünür:
Matrisli tipli zərbəli printerlər;
Şırnaqlı printerlər;
Lazerli (səhifəlik) printerlər.
Matris tipli zərbəli printerlər. Bu printerlərin iş prinsipi ona əsaslanmışdır ki, bütün mümkün işarələr kağız üzərinə köçürülən ayrı-ayrı nöqtələr toplusu vasitəsilə təşkil olunurlar. Bu cür üsulla işləyən çap qurğuları kifayət qədər çap keyfiyyəti, ucuz materiallarla (rəngli lent və kağız) işləməyi təmin edir, həm standart formalı kağızdan, həm də rulon tipli kağızdan istifadə etməyə imkan verir.
Şırnaqlı printerlər. Bu printerlər mürəkkəblə işləyir. Şırnaqlı printerlər matris tipli zərbəsiz işləyən çap qurğularına aid edilə bilərlər.
Lazer və LED (Light Emitting Diode) printerləri. Bu printerlərdə quru toz hissəciklərindənistifadə edilir. Quru toz kağız üzərində yerləşdirilən “toner”dən ibarətdir. Lazer printerinin əsas hissəsi yarımkeçirici lazer olan fotohəssas çap
barabanı və optik-mexaniki sistemdir. LED printerlərində isə yarımkeçirici lazeri xırda işıq diodları əvəz edir.
Çap rənginə görə isə printerlər 3 qrupa bölünür:
Ağ-qara printerlər;
Rəngli çap funksiyasına malik olan ağ-qara printerlər (bu modelə matrisli və şırnaqlı printerlərdə rast gəlinir);