Səs gücləndirici (çıxış qurğusu kimi) audio məlumatları dinləmək üçün istifadə olunur.
Qrafikçəkən qurğu – kompüterdən alınan qrafiki məlumatları, mürəkkəb sxemləri və şəkilləri qələmin köməyi ilə kağız üzərində çəkən çıxış qurğusudur.
Strimmer (maqnit lent qurğusu) – məlumatı maqnit lenti üzərində saxlayan yaddaş qurğusudur.Bu qurğular etibarlı işləyir, qiyməti ucuz və böyük yaddaş həcminə malik olur. Məlumatın oxunma və yazma sürəti digər yaddaş qurğularına nəzərən çox aşağıdır.
Qeyd. Kompüterlərdə mətnin, səsin, şəkilin və görüntülərin birgə emal edilməsini təmin edən qurğu multimedia adlanır. Bu qurğu özündə mikrofonu, web-kameranı, səs kolonkasını və səs kartını birləşdirir. Səs kartından audio-video informasiyanı (analoq formasında olan) ikilik-rəqəm koduna çevirmək və əksinə ikilik kodu audio-video informasiyaya çevirmək üçün istifadə edirlər. Multimedia qurğusunun koməyi ilə kompüter şəbəkələri üzərində audio-video konfransların təşkil olunmasını həyata keçirirlər.
Modem (modulyator – demodulyator) – əlaqə kanallarının (telefon xətləri,radio kanal və s.) köməyi ilə məlumatları uzaq məsafələrə ötürmək və qəbul etmək üçün istifadə olunan qurğudur. Konstruktiv olaraq modemlər iki formada olur: daxili və xarici. Daxili modemlər ana plata üzərində olan sistem şinə qoşulur. Xarici modemlər isə ardıcıl Com, USB portuna qoşulur. Xarici modemlərin qiyməti nisbətən baha olur və fərdi kompüterə rahat qoşulur. Məlumatı ötürmə sürəti 56 Kbit/san ÷ 2 Mbit/san qədər olur. Modem qurğusunun koməyi ilə istifadəçilərin kompüterləri kompüter şəbəkəsinə (İnternet) qoşulur.
Plotter - Plotter mürəkkəb sxemlərin, qrafiklərin, keyfiyyətli rəngli təsvirlərin kağız üzərinə böyük dəqiqlik və yüksək sürətlə çıxarılması üçün nəzərdə tutulmuş qurğudur. Ondan adətən konstruktor və layihə bürolarında, reklam işləri ilə məşğul olan təşkilatlarda istifadə olunur.
Xarici yaddaş qurğuları
Elastik (çevik) maqnit disklərdə toplanan informasiya;
Sərt maqnit diskdə (vinçester) toplanan informasiya;
Dəyişdirilə bilən maqnit disklərdə toplanan informasiya;
Kompakt disklərlə iş üçün disk qurğuları;
Strimmerlər və s.
Elastik maqnit disklərdə toplanan informasiya daşıyıcıları – disketlərdir. Hal-hazırda adi disketlərdən və floppi disketlərdən istifadə olunur. Adi disket 1,44 Mbayta, floppi disketlər isə 21 Mbayta qədər informasiya tuta bilər.
Dəyişdirilməyən sərt maqnit disk (HDD – Hard Disk Driver, vinçester) EHM-lə iş zamanı daim istifadə olunan informasiyanın – əməliyyat sisteminin, proqram örtüyü proqramlarının və s.-in kompyuter şəbəkədən ayrıldıqda belə uzun müddətə saxlanılmasını təmin edir. Müasir kompyuterlərdə vinçesterin tutumu 1Tbayt-a qədər ola bilər.
Dəyişdirilə bilən sərt maqnit disklər də informasiyanın saxlanması və daşınmasını təmin edir.
Lazer kompakt disklərlə iş üçün disk qurğuları müxtəlif tip kompakt disklərdən informasiyanın oxunmasını təmin edir. Əsas tipləri aşağıdakılardır:
CD-R (Compact Disc). Bu cür disklərə informasiya istifadəçi tərəfindən xüsusi yazı qurğusu (CD-Writer) ilə bir dəfə yazıla bilər. Yaddaşın həcmi ən azı 680 Mbayt olur. CD-ROM qurğusu ilə isə CD-diskdəki informasiyanı yalnız oxumaq olar.
CD-RW (Compact Disc – Rewritable) disklər. Bu cür disklərə informasiya yazan istifadəçi tərəfindən çoxlu sayda yazılıb, silinə bilər.
DVD disklər. Bu disklərin digər lazer disklərdən fərqi informasiyanın daha sıx yerləşdirilə bilməsindədir. Ən çox istifadə edilən DVD disklərin tutumu 4,38 Gbaytdır. Bu disklərin tutumu 15 Gbayta qədər ola bilər. DVD disklərin iki tipi var: DVD-R – yalnız informasiyanı oxumaq üçün, DVD-RW isə həm oxumaq, həm də yazmaq üçün istifadə edilir. Bu disklərin oxunması üçün xüsusi qurğudan (DVD-ROM) istifadə edilir, bu qurğu adətən CD-lərin oxunmasını da təmin edir.
ZIV informasiya yığıcıları. 2001-ci ildə Hyundai kompaniyası fləş-yaddaşla mobil vinçester arasında yerləşən ZIV-drive adlı yeni növ informasiya yığıcısı təklif edir. Bu qurğunun ölçüsü fləş-yaddaşda olduğu kimidir, tutumu isə 10-100 Gb olur.
Fləşkart və s.