Uyğunluq, standartlar və qaydalar” kompetensiya elementi
Uyğunluq, standartlar və qaydalar kompetensiya elementinin əsas mahiyyəti daxili və xarici tələblərin öyrənilməsi və onların adaptasiya edilməsindən ibarətdir.
Uyğunluq – müəyyənləşdirilən normalara müvafiq qaydada riayət olunması prosesidir. Bu proses tələblərdən asılı olaraq könüllü və ya məcburi xarakter daşıyır.
Kompetensiyanın əsas indikatorları:
Layihənin müvafiq qanunvericiliyə uyğun olmasının müəyyənləşdirilməsi və zəmanəti. Layihələrin idarə edilməsi üzrə məsul şəxs təşkilatın hüquqi platformasını və qanunvericilik bazasını mükəmməl təhlil etməli və layihələrin həyata keçirilməsində bu normativ aktlardan istifadə etməlidir. Eyni zamanda məsul şəxs layihə ilə bağlı hüquqi normaları (mülki, cina- yət, əmək, intellektual mülkiyyət və s.) və ən mükəmməl təcrübələrin hansı mərhələdə və necə tətbiqi məsələlərinə ciddi riayət etməlidir. Məsul şəxs layihənin qanun çərçivəsində fəaliyyət göstərdiyinə əmin olmalı və layihə daxilində müxtəlif fəaliyyət növlərinin və onlar arasındakı əlaqələrin hüquqi tərəflərini müəyyən etməlidir
Sağlamlığın, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi (SƏTƏM) üzrə normaların müəyyənləşdirilməsi və zəmanəti: Layihələrin idarə edilməsi üzrə məsul şəxs sağlamlığın, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi (SƏTƏM) üzrə hansı qaydaların və normaların layihədə tətbiq olunacağını müəyyənləşdirməlidir. Bundan başqa, məsul şəxs SƏTƏM normalarına dair xüsusi məsləhətləşmələr tələb edən istənilən potensial problemi müəyyənləşdirməlidir.
Davranış mədəniyyəti və peşəkar qaydalara riayət etmək: Layihələrin idarə edilməsi üzrə məsul şəxs layihənin həyata keçirilməsində müvafiq qaydalarla əhatə olunan peşəkar mühit yaratmalıdır. Hər bir kontekstdə konk- ret davranış qaydalarından (təsdiqlənmiş etik normalar) və bəzən də qanunla təsbitlənən “ticarət ənənələrindən” istifadə edilməlidir.
Layihənin dayanıqlı inkişaf prinsipləri və məqsədlərinin müəyyənləşdirilməsi: Layihənin ətraf mühitə və cəmiyyətə təsiri və mühitin hansı dəyişikliklərə səbəb olacağı təhlil olunmalıdır. Məsul şəxs uğursuzluqla nəticələnən tədbirləri məhdudlaşdırmalı və kompensasiya tədbirlərini genişləndirərək təşkilat və cəmiyyətdə dayanıqlı inkişaf prinsiplərini və qaydaları müəyyən etməlidi
Standartların və alətlərin hazırlanması, istifadəsi və qiymətləndirilməsi: Layihə meneceri ən yaxşı peşə standartlarını nəzərə almalı və bu standartlardan layihələrin idarə edilməsi prosedurlarında istifadə etməlidir. Layihələrin idarə edilməsi sahəsində ən yaxşı təcrübələr dünya standartları üzrə aparıcı institutlar tərəfindən hazırlanmışdır.
Layihələrin idarə edilməsi bacarığı, onun yoxlanılması, qiymətləndirilməsi və təkmilləşdirilməsi: Layihələrin idarə edilməsi bacarığı – “Ən yaxşı təcrübə” olaraq layihələrin idarə edilməsi prosedurlarında istifadə edilir və daim təkmilləşdirilir. Təcrübə göstərir ki, menecerlər layihələrin idarə edilməsi üzrə bacarığını daim inkişaf etdirməyə cəhd edir.
“
Dostları ilə paylaş: |