Peşə təhsilində karyera məsləhəti xidməti: Almaniya təcrübəsi



Yüklə 34,92 Kb.
Pdf görüntüsü
səhifə1/3
tarix25.12.2023
ölçüsü34,92 Kb.
#194469
  1   2   3
Peşə təhsilində karyera məsləhət xidməti-Almaniya



Peşə təhsilində karyera məsləhəti xidməti: Almaniya təcrübəsi 
Almaniyada vətəndaşların öz təhsil və iş həyatlarını səmərəli idarə etmələrinə və karyera ilə 
bağlı düzgün qərarlar qəbul etmələrinə imkan yaratmaq üçün təhsil alıb-almamasından və işləyib-
işləməməsindən asılı olmayaraq hər kəs üçün həyatının istənilən mərhələsində karyera bələdçiliyi 
və ya məsləhət xidməti əlçatandır. Alman karyera məsləhəti sistemi ənənəvi olaraq iki yerə: təhsil 
sektoruna fokuslanmış təhsil bələdçiliyinə (Bildungsberatung) və peşə təlimi, məşğulluğa 
fokuslanmış peşə bələdçiliyinə (Berufsberatung) ayrılır. 
Lakin müasir bilik cəmiyyətində ömürboyu öyrənmənin artan əhəmiyyətini və adekvat karyera 
bələdçiliyi xidmətinin getdikcə artan zərurətini nəzərə alaraq, bu bölünmə getdikcə bütün sektorlar 
üzrə ömürboyu bələdçiliyin təmin edilməsi lehinə öz mənasını itirir. 
Buna görə də, koordinasiya, şəbəkələşmə və əməkdaşlıq çoxsaylı karyera bələdçiliyi
peşəyönümü xidmətinin səmərəliliyinin təkmilləşdirilməsi üçün zəruri ilkin şərtlərdir [1]. 
1. Almaniyada peşə və karyera məsləhətinin qanunvericiliklə nizamlanması 
Almaniya Federativ Respublikasında məşğulluq agentlikləri peşə və karyera üzrə 
istiqamətverici rol oynamaq üçün qanunla müəyyən edilmiş öhdəliklərə malikdir və bu öhdəliklər 
almanca “Sozialgesetzbuch” adlanan İctimai Kodeksin III cildinə əsaslanır. Karyera məsləhəti 
xidmətinin əsas məqsədi gənclərin məktəbdən təlimə, ali təhsilə və peşəyə keçidində dəstək olmaq, 
beləliklə, fərdin təhsil və təlim perspektivlərini reallaşdırmağa kömək etməkdir [2]. 
Bu məqsədlərə nail olmaq üçün təkcə ümumi və peşə məktəblərinin Federal Məşğulluq 
Agentliyi ilə koordinasiyalı şəkildə birgə işləməsinə deyil, həm də onların valideynlərlə, gənclərə 
dəstək qurumlarıyla (almanca: jugendhilfe), bizneslə (şirkətlər, assosiasiyalar, palatalarla), 
birliklərlə və ali təhsil müəssisələriylə əməkdaşlığına ehtiyac duyulur. 
Belə əməkdaşlığa Təhsil və Mədəniyyət İşləri Nazirlərinin Daimi Konfransının (KMK), 
Federal Məşğulluq Agentliyinin (BA) və Ali Təhsil İnstitutlarının Rektorları Konfransının (HRK) 
20 fevral 1992-ci tarixli “məktəblərin, karyera məsləhətinin və ali təhsil istiqamətvericiliyinin 
əməkdaşlığı barədə ortaq tövsiyə”sini misal çəkmək olar. Həmin tövsiyə hələ də üç qurumun 
(KMK, BA, HRK) birlikdə işlədiyi və kooperativ strukturlar qurduğu çərçivəni təşkil edir. 
Məktəbdən təlimə, ali təhsilə və peşəyə keçiddə bütün tələbələrə məqsədyönlü bələdçiliyi
təmin etmək üçün 15 oktyabr 2004-cü ildə KMK və BA qurumları 1971-dən sonrakı müqavilələri 
əvəz edən, məktəblər və karyera məsləhəti xidməti arasındakı əməkdaşlıq haqqında yeni ikitərəfli 
çərçivə sazişi imzalanmışdır. Bu sənəd ilə hər iki tərəf bütün gənclərə peşə seçimi ilə bağlı 
məsləhət vermək öhdəliyini bir daha təsdiqləyir. Eyni zamanda, bu, gənclərin peşə seçiminə 
hazırlanması, məktəbdən iş həyatına keçid prosesində məktəb və karyera məsləhəti əməkdaşlığının 
töhfələrini, prinsiplərini, məqsədlərini müəyyənləşdirir [3]. 

Yüklə 34,92 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin