Peşə təhsilində karyera məsləhəti xidməti: Almaniya təcrübəsi



Yüklə 34,92 Kb.
Pdf görüntüsü
səhifə3/3
tarix25.12.2023
ölçüsü34,92 Kb.
#194469
1   2   3
Peşə təhsilində karyera məsləhət xidməti-Almaniya

3. Hədəf qrupları 
Almaniyada təhsil və karyera məsləhəti xidmətinin hədəf qruplarını nəzərdən keçirək: 
a) Məktəblər.
Kurs və karyera məsləhəti bütün Landlarda məktəb kurikulumunun əsas 
elementinə çevrilmişdir. Peşə məktəblərinin əksəriyyəti iş həyatına hazırlığı (Arbeitslehre) ayrıca 
bir fənn kimi tədris edir, lakin digər ümumtəhsil məktəblərində bu fənn iqtisadiyyat, mühəndislik 
və ya ev iqtisadiyyatı kimi fənlərə (qrammatika məktəblərində də ictimai elmlərin tədrisinə) 
inteqrasiya edilir. 9-cu və ya 10-cu siniflərdə karyera məsləhəti xidmətinə tez-tez müəssisələrə 
səfərlər və bir həftədən üç həftəyə qədər davam edən iş təcrübəsi daxildir. 
b) Ali təhsil müəssisələri.
Ali təhsil müəssisələri haqqında Çərçivə Qanununa əsasən, ali təhsil 
institutları tələbələri və kurs abituriyentlərini kursun imkanlarıyla tanış etməyə və onları əlavə 
ixtisaslaşdırılmış kurslarla dəstəkləməyə borcludurlar. Həmçinin, ali təhsil müəssisələrindən 


peşəyönümünə və dövlət imtahanlarına cavabdeh olan orqanlarla əməkdaşlıq etmək tələb olunur. 
Əksər universitetlər və bəzi texniki kolleclər (Fachhochschulen) karyera məsləhəti kursları üçün 
mərkəz yaradıblar. 
c) Məşğulluq agentlikləri.
Məşğulluq agentlikləri həm peşə və təhsil kursunun seçilməsi və ya 
əmək bazarı ilə bağlı bütün suallara cavab verir, həm də təlimə hazırlığın və peşə qabiliyyətinin 
qiymətləndirilməsi üçün diaqnostik vasitələrin hazırlanmasında iştirak edir. Federal Məşğulluq 
Agentliyinin (BA) karyera məsləhəti məktəblərin biznes və iş dünyasına təqdim etdiyi sorğudan 
yola çıxır və karyera rəhbərliyi mövzusunda, əmək bazarında təlim yerlərinin tapılmasında 
məktəblərə dəstək verir. 
Avropada təlim imkanlarının reallaşdırılmasına və maneələrin aradan qaldırılmasına töhfə 
vermək üçün 2005-ci ilin əvvəlində Federal Məşğulluq Agentliyi 15 regional mərkəzin təqdim 
etdiyi bütün xidmətləri özündə birləşdirən “Avropaservis”i qurdu [6]. Bu, Avropa Məşğulluq 
Xidmətinin (EURES), Avropa karyera yönləndirmə mərkəzlərinin (EBZ) vahid xidmət 
qurumunda birləşdirilməsi demək idi. Hər bir regional mərkəz digər Avropa ölkələrində təlim, 
təhsil və iş barədə məlumat verən və işə qəbulla bağlı danışıqlar aparan məsləhətçilər və 
vasitəçilərdən yığılmış komandadan ibarətdir. 
Məşğulluq agentlikləri tərəfindən təqdim olunan təlimatın digər vacib məqamı əmək bazarı və 
ali təhsillə bağlı məşğulluq perspektivləri haqqında məlumatdır. Federal Məşğulluq Agentliyi 
tələbələrə və ali təhsilli məzunlara istiqamət vermək və onlara iş tapmaqda kömək etmək üçün ali 
təhsil müəssisələrinin geniş institutlarında xüsusi ali təhsil komandaları saxlayır. Fərdi bələdçiliklə 
yanaşı, bu komandalar ali təhsil, karyera və əmək bazarı ilə bağlı bir çox mövzularda təqdimatlar, 
vörkşoplar və seminarlar təklif edir. 
d) Sosial tərəfdaşlar və müəssisələr.
İşəgötürənlərin assosiasiyaları, palatalar və ayrı-ayrı 
müəssisələr çox uzun müddətdir ki, əmək (karyera) yarmarkaları, davamlı təlim yarmarkaları, 
mübadilə proqramları kimi peşə və karyera məsləhətinin müəyyən formalarına cəlb olunublar. Son 
illər onlar məktəblərdə karyera məsləhətinin inkişafına getdikcə daha çox həvəs göstərirlər. 


Nəticə.
 
1 yanvar 1998-ci ildə Məşğulluğun Təşviqi Aktının (AFG) İctimai Kodeksin 
(Sozialgesetzbuch) III cildi ilə əvəz edilməsi ilə Federal Məşğulluq Agentliyinin karyera 
məsləhətindəki inhisarına son qoydu və bazar bu sahədə bələdçilik xidməti göstərən özəl 
təchizatçılara da açıldı. Keyfiyyət və təminat çeşidliliyinin artması özəl təchizatçıların getdikcə 
daha qarışıq və bir qədər də qeyri-şəffaf bazarının yaranmasına gətirib çıxardı. Beləliklə, elə həmin 
il şəffaflığı təmin etmək üçün Almaniya Təhsil və Karyera Məsləhəti Assosiasiyası tərəfindən 
karyera məsləhəti reyestri (BBR) yaradıldı [7]. Karyera məsləhətçiləri və karyera rəhbərliyi təklif 
edən qurumlar bu reyestrə daxil olmaq üçün müraciət edə bilərlər. Digər məsələlərlə yanaşı, onlar 
ali təhsilin uyğun kursunu bitirdiklərini, karyera məsləhəti sahəsində geniş təcrübəyə sahib 
olduqlarını sübut etməyi bacarmalı və müntəzəm olaraq təlim və nəzarətdən keçməlidirlər. Onlar 
öz fəaliyyətlərində həm milli, həm də beynəlxalq keyfiyyət standartlarını, o cümlədən Təhsil və 
Peşə Məsləhəti üzrə Beynəlxalq Assosiasiyanın (IAEVG/AIOSP) etik standartlarını nəzərə alırlar. 
Hər dörd ildən bir bu meyarlara kimin cavab verdiyini və davam etmək üçün tövsiyə 
olunduğunu müəyyənləşdirmək üçün reyestr yenidən nəzərdən keçirilir. 

Yüklə 34,92 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin