LAHICLAR
1
Lahıc (tat) əlifbasi
2
A
Ä
Б
В
Г
Ѓ
Д
ДЖ
Ж
З
J
İ
Ќ
Л
М
Н
О
Ö
П
Р
С
Т
У
Ÿ
V
Ф
Х
Һ
Ђ
Ч
Ш
;
Öncə də qeyd etmişdik ki, Lahıclar İsmayıllı rayonunda
məskunlaşmış azsaylı xalqlar arasında sayca daha çox olanıdır. İs-
mayıllı ərazisində tarixən mövcudluğu sübuta yetirilmiş Girdiman
knyazlığında əhalinin əksər hissəsinin irandilli olduğu fərqli alim-
lərin əsərlərində də təsdiqini tapmışdır. Tarixçilərin fikrincə, iran-
dilli əhali şimal-şərqi Azərbaycan ərazilərində ilkin olaraq e.ə. II
minilliyin sonlarından etibarən məskunlaşmağa başlayıb. Sara
Aşurbəylinin ehtimalına görə irandilli əhalinin bu ərazilərdə məs-
kunlaşması e.ə. I minilliyin I yarısına təsadüf edir (Ə:1). Z.Bün-
yadova aid mənbələrdə də irandilli əhalinin bölgədə payının kifa-
yət qədər çox olduğu göstərilir (Ə:4). Etnoqrafik ədəbiyyatlarda
tat adlandırılan bu əhali Azərbaycanda əsasən Şamaxı, Quba, Si-
yəzən, Dəvəçi, İsmayıllı, Ağsu, Xızı, Xaçmaz rayonlarında məs-
kunlaşmışdır. Artıq XX əsrin iyirminci illərində tatların məskun-
laşma tarixini araşdırmağa başlamış prof. B.Miller tatları dini
mənsubiyyətlərinə görə fərqləndirmiş və müsəlman, xristian, yə-
hudi olmalarına əsasən onları 3 qrupa ayırmışdır (Ə:11). Müsəl-
man tatların böyük bir hissəsi hazırda Lahıc qəsəbəsində yaşa-
maqdadır. Onlar özlərini lahıc, dillərini isə lahıc dili adlandırırlar.
----------------------------
1. Mətnin müəllifi AMEA Folklor İnstitutunun doktorantı Dadaş Əliyevdir.
2. Əlimizdə olan lahıc (tat) əlifbası 1905-ci ildə V.Millerin “Tatskiye etüdi” ki-
tabındakı lüğətdən götürülmüşdür (Bax: Ə: 12) Əlifba kiril və latın hərflərindən
yaradılmış, içərisinə kiril və latın əlifbasında olmayan işarələr də salınmışdır.
Lahıc (tat) əlifbası və bu əlifba haqqında məlumat AMEA Folklor İnstitutunun
aparıcı elmi işçisi, dosent Ramazanova Afaq tərəfindən təqdim olunmuşdur.
9
Yerləşdiyi coğrafi mövqeyi və qədim tarixə dayanaqlı
olması baxımından Lahıc İsmayıllının ən maraqlı ərazilərindən
hesab olunur. Belə ki, dörd tərəfdən keçilməz dağlarla əhatə-
lənmiş Lahıc Qafqaz Albaniyasının mühüm əhəmiyyətli vila-
yətlərindən sayılmış, Girdiman knyazlığının ən strateji məntə-
qəsi olmuşdur. Belə bir relyefdə yerləşməsi həm də ərazinin
düşmən hücumlarından qorunmasını təmin edirdi. Girdiman
knyazlığında əlahiddə mövqe tutan Lahıc Albaniyanın süqutun-
dan sonra Lahicanşahlıq, yaxud Layzanşahlıq adlı kiçik feodal
dövlətinin inzibati mərkəzinə çevrilir. Amma bu sürə uzun çək-
mir, tezliklə bu feodallıq Şirvan şahlığına tabe olur.
Lahıc istər Şirvanşahlar, istər Osmanlı, istər Şirvan xanlı-
ğı və çar Rusiyası, istərsə də Sovetlər birliyi dönəmində Dağlıq
Şirvan üçün heç vaxt əhəmiyyətini itirməmişdir. Ticarətin və
sənətkarlığın geniş vüsət aldığı orta əsrlərdə Lahıc bir feodal şə-
həri kimi tanınmış, sonrakı dönəmlərdə də mərkəz kimi öz
mövqeyini qoruyub saxlamışdır.
Xalq sənətkarlığının və kompakt ərazidə meydana gəlmiş
memarlığının mərkəzi kimi məşhurlaşan Lahıc, hazırda bu irsin
qorunduğu məkanı qismində də dünyanın diqqətini çəkməkdədir.
Əkin və heyvandarlıq üçün əlverişli olmadığına görə Lahıcda
daha çox xalq sənətləri yayılmış və onun qırxdan artıq növü in-
kişaf etmişdir. Bu sənətlər arasında ən geniş yayılanı və inkişaf
zirvəsinə çatanı misgərlik sənətidir. Misgərlik sənəti o dərəcədə
inkişaf edir ki, başqa sənət növlərinin də təşəkkül tapmasına
təkan verir və nəticədə dəmirçilik, qalayçılıq, kömürçülük, çar-
vadarlıq, səhragərdlik və s. digər törəmə sənətlər də yerli əhalinin
gündəlik məşğuliyyətinə çevrilir. Burada yaşamış sənətkarlar adi
məişət əşyaları düzəltməklə yanaşı, dünya səviyyəsinə çıxa
biləcək sənət nümunələri də yaratmışlar. Onların arasında elə
nümunələr var ki, dünyanın Luvr, Ermitaj, London və s. məşhur
muzeylərini ən qiymətli eksponatlar kimi bəzəyir. Qeyd üçün
deyək ki, Lahıc misgərlik sənəti 2015-ci ildə YUNESCO-nun
reprezentiv, yəni maddi və qeyri-maddi irsin qorunmasına dair
10
siyahısına daxil edilmişdir. Bunu da Azərbaycan xalqına və onun
yaratdıqlarına həmin təşkilatın ən yüksək etimadı kimi qəbul
etməliyik. Lahıc dünya düzənində “açıq səma altında muzey”
statusunda tanınan kompakt ərazilərdən biri kimi də hazırda
diqqət çəkməkdədir.
Əslində Lahıcın ən böyük sərvəti əsrlərlə burada yaşayan
lahıclar və onların mənən yaratdıqları abidələrdir. Bu abidələrin
içərisində Lahıcın ənənəvi söz sənəti, yəni folkloru ayrıca önəm
kəsb edir. Lahıcın özü qədər qədim olan folkloru görkəmli folk-
lorşünas P.Əfəndiyevin təbirincə desək, xalq bədii sənətinin zən-
gin xəzinəsidir (Ə:6). Belə bir məşhur fikir də var ki, folklor sa-
dəcə asudə vaxtın məhsulu kimi yaranmayıb, o, həmişə xalqının
“ləyaqəti və ağlı” olub. Bu ədəbiyyat xalqın mənəvi simasını ya-
ratmaqla onu möhkəmləndirir, tarixi yaddaşı və qəlbinin bayram
libasları kimi onun əməyini və ata-babalarına hörməti ilə bağlı
müəyyən adət-ənənələrlə və mərasimlərlə keçən ölçülüb-biçilmiş
həyatını dərindən mənalandırır” (Ə:13).
Lahıcların dilinin və folklorunun öyrənilməsi istiqamətin-
də bir sıra tədqiqatlar aparılmışdır ki, həmin tədqiqatlardan kita-
bın hazırlanmasında əlavə mənbə qismində istifadə olunmuşdur.
Biz bu əsərləri də burada təqdim etməyi zəruri saydıq:
1. Balayev Ə. Lahıc elləri və xatirələr... Bakı, “Şərq-
Qərb”, 2011
2. Cəbiyev Q. Girdiman tarixi (IV-IX əsrlər). Bakı, «Şərq-
Qərb», 2010
3. Əhmədli A. Söyləyici və janr problemi: tarixi-ənənəvi
aspekt və hazırkı durum s.78-91. “Dədə Qorqud” jurnalı Bakı,
“Nurlan”, 2009
4. Əhmədli A. Ənənəvi janr söyləyiciliyində peşəkar na-
ğılçılıq Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər (otuz
altıncı kitab), s.52-74, Bakı, “Nurlan”, 2011
5. Əliyev D. Folklorumuzda multikulturalizm və bilin-
qvizm “Azərbaycan multikulturalizmi: din və dil siyasətinin in-
11
kişaf perspektivləri” Beynəlxalq konfransın materialları. Bakı,
8-9 sentyabr 2016-cı il, s.180-184, Bakı : “Mütərcim”, 2016
6. Əliyev D. Azərbaycan regional folklorunda Lahıc ləti-
fələrinin yeri. “Kitabi Dədə Qorqud” və türk dünyası “Kitabi-
Dədə Qorqud”un tərcüməsi və nəşrinin 200 illiyinə həsr olun-
muş Beynəlxalq elmi konfransın materialları. Bakı, 29 dekabr
2015-cı il, s.557-563, Bakı, “Araz”, 2015
7. Əmirli T.Eldən xəbər al...Bakı, 2011
8. Hacıyeva M. Lahıc nağıllı dünyam. Bakı, “Kövsər”,
2013
9. Hüseynova G. Lahıc tatlarının dili. Bakı, “Nurlan”,
2002
10. Süleymanov M. Lahıc (etnoqrafik-bədii lövhələr),
Bakı “Vətən”, 1994
Dostları ilə paylaş: |