külçə formasında olan
qızıl
ehtiyatları,
eləcə də sərbəst dönərli valyutada yüksək
likvidli xarici aktivlərdən ibarətdir. Bundan başqa,
qiymətli metallar: platin və gümüş də qızıl-valyuta ehtiyatlarına aid edilə bilər. Bu hal, həmin qiymətli metallardan
beynəlxalq svop əməliyyatlarıda istifadə olunduğu halda və onların girov qoyulması ilə valyuta alındığı zaman
mümkündür. Yüksək likvidliyə malik vəsaitlər minimal riskli yüksək etibarlı qurumlarda, beynəlxalq təsnifata
uyğun olaraq yüksək etibarlılıq kateqoriyasına aid edilən təşkilatlarda yerləşdirilməlidir. Qızıl qlobal valyuta
likvidliyində mühüm yer tutur. Qızıldan beynəlxalq hesablaşmaların yerinə yetirilməsi üçün fövqəladə vasitə kimi
istifadə olunur. Bu kim hallarda qızıl ya bazarda satılaraq lazımi xarici valyuta əldə olunur, ya da xarici borc
alınması məqsədilə kreditora girov formasında verilir. Son vaxtlar beynəlxalq likvid aktivlərin strukturunda
valyuta komponent sabit bir meyl kimi artır. Qızıl isə hələ də 1 troya unsiyasına görə 35 XİH fiksə edilmiş
qiymətlə hesablanır ki, bu da bazar qiymətlərindən ciddi dərəcədə azdır.Dünya üzrə qızıl ehtiyatının önəmli qismi
(bu təxminən 80%-ə qədərdir) sənayesi inkişaf etmiş ölkələrin payına düşür. Ehtiyatların denominasiyasının
müəyyən edilməsi zamanı mərkəzi banklar qeyd olunan qaydanı əsas götürür: valyuta ehtiyatlarını milli valyutaya
nəzərən ehtiyat rolu icra edən xarici valyutada saxlamaq lazımdır. Borclu ölkələrin likvidlik mövqeyi aşağıdakı
düsturla ilə müəyyən olunur:
LM = BH/VH
LM - likvidlik mövqeyidir, VH - qızıl-valyuta ehtiyatlarının ümumi həcmidir, BH -isə borcun ümumi həcmidir.
Ölkənin şəxsi valyuta ehtiyatları şərtsiz likvidliyi əmələ gətirir. Mərkəzi banklar heç bir məhdudiyyət olmadan
şərtsiz likvidlikdən istifadə edirlər. Borc resursları isə şərti likvidliyiformalaşdırır. Buraya isə xarici mərkəzi və
kommersiya bankların, eləcə də BVF-nin kreditləri aid edilir. Borc resurslarından istifadə edə bilmək üçün kreditor
borcverənin təyin etdiyi müəyyən tələbləri yerinə yetirməlidir(Zahid F.M.,2012).
Beynəlxalq hesab balanslarının mahiyyəti və növləri: Balans tərəflər arasında tarazlığın təmin edilməsi və ya hər
hansı fəaliyyətin tərəfləri arasındakı münasibətlərin kəmiyyətcə ifadəsidir. Bu tərəflər bir-birlərini
tarazlaşdırmalıdırlar. Dünya ölkələri arasındakı bütün növ mövcud qarşılıqlı əlaqə və münasibətlər beynəlxalq
hesabların müxtəlif balanslarında əks olunur. Bu cür balanslar dövlətlərin iqtisadi inkişafı və maliyyə vəziyyəti
haqqında statistik hesabat formalarıdır. Beynəlxalq hesablar balansı elə bir hesabatdır ki, o, özündə bir ölkənin
digər ölkələr münasibətdə pul tələbləri və öhdəlikləri, gəlir və ödəmələrini əks etdirir. Bu cür balanslar tərtibi
edilən zaman bir sıra ümumi tələblər irəli sürülür:
- areqat xarakter kəsb etməlidir, yəni iqtisadi göstəricilərə əsasən tərtib olunmalıdır;
- beynəlxalq tələblərin və öhdəliklərin xalis saldosu nəzərə alınmalıdır;
- müəyyən zaman diliminin göstəriciləri nəzərə alınmalıdır.
Beynəlxalq təcrübədə beynəlxalq hesab balanslarının üç növü
Dostları ilə paylaş: |