kreditor hesab
edilir
və gələcəkdə o, valyuta
gəlirləri əldə edəcəkdir; - saldo passiv olduqda isə, onda ölkə xalis-
borclu hesab olunur və gələcəkdə o, valyuta
ödəmələri həyata keçirəcəkdir. Beynəlxalq borc balansından
beynəlxalq təcrübədə geniş şəkildə istifadə olunur və hesab balansından bir sıra xüsusiyyətlərə görə fərlənir.
Belə ki, ölkələrin qızıl-valyuta ehtiyatları, eləcə də xaricdə yerləşən xalis aktivləri bu balansa daxil olunur. Tədiyə
balansı özündə ölkələrin xarici iqtisadi əlaqələrinin strukturunu və xarakterinin kəmiyyət və keyfiyyət cəhətlərini
əksini etdirir. Hesab balansı və tədiyə balansı arasında bir neçə mühüm fərq vardır. 1) Hesab balansında
gələcəkdə gerçəkləşdiriləcək əməliyyatlar öz əksini tapır, tədiyə balansında isə əksinə həyata keçirilmiş olan
ödəmə və əməliyyatlar əks etdirilir. 2) Tədiyə balansına real olaraq gerçəkləşdirilmiş (alınmış və ya verilmiş)
kreditlər və investisiyalar, hesab balansına isə faktiki həyata keçirilməmiş olan əməliyyatlar da daxil edilir; 3)
tədiyə balansına yalnızca ödənilmiş mal və xidmət ixrac və idxalı, hesab balansına isə xarici ticarət sazişlərinin
ödənilməyən hissəsi də daxil edilir. Nəticə etibarilə, hesab və tədiyə balanslarının saldosu bir-birinə uyğun gəlmir.
II FƏSİL. BEYNƏLXALQ VALYUTA SİSTEMİNİN İQTİSADİ MAHİYYƏTİ VƏ TƏŞKİLATİ-SİYASİ BAXIMDAN
MÜASİR PROBLEMLƏRİ
2.1. Qloballaşmanın dərinləşməsinin BVS-in fəaliyyətinə təsirləri
Qloballaşma qədər mübahisəli, ziddiyyətli və əks bucaqlardan qiymətləndirilən az mövzu vardır. Xüsusən iqtisadi
və maliyyə mövzusu ələ alındıqda qloballaşma üzərində dərin müzakirələr və fikir ayrılıqları vardır.
Qloballaşmanın tərəfdarları onun gətirdiyi malların çeşidini, alternativlərin çoxluğunu və istehlak mallarının
qiymətlərinin azalmasını vurğulayırlar. Qloballaşmanın əleyhdarları bunu qeyri-bərabər inkişaf kimi görürlər. Bəzi
insanlar onun nemətlərindən bəhrələnərkən, qloballaşma bəzi insanlara işsizlik və yoxsulluq gətirir. İqtisadi
bərabərsizlik artır və ətraf mühit təhlükəli şəkildə istifadə edilir. Bütün bu mübahisələri nəzərə alaraqdan
qloballaşmanı bu şəkildə müəyyənləşdirmək mümkündür: "Kütləvi informasiya vasitələrində, nəqliyyat və
kompüter texnologiyalarındakı inkişaf nəticəsində dünyanın müxtəlif bölgələri arasındakı münasibətlərin
görünməmiş miqyasda və sürətlə artmasıdır." Bir çox digər iqtisadi nəticələrə əlavə olaraq, qloballaşma pul
siyasətinə və sisteminə mühüm təsir göstərmişdir. Qloballaşma prosesini üç əsas hissəyə bölmək mümkündür:
XVI əsrdən II Dünya Müharibəsinə qədər olan dövrdə ticarətin qloballaşması; II Dünya müharibəsindən 1970-ci
illərə qədər istehsalın qloballaşması və 1970-ci illərdən bəri maliyyənin qloballaşması. Ancaq bu mərhələlərin biri
bitib digəri başlayan mərhələlər olmadığını və bir-birinin içinə qarışaraq bu günə qədər davam etdiyini
vurğulamaq lazımdır. Xüsusilə maliyyənin qloballaşması pul siyasətləri baxımından ciddi nəticələrə doğurmuş;
artan beynəlxalq kapital axınları sabit məzənnə sistemini qorumağı qeyri-mümkün etdiyindən, Bretton Woods
sisteminin dağılmasında mühüm rol oynamış, və bugünkü iqtisadiyyatı formalaşdıran başlıca faktor olmuşdur.
Kompüter və rabitə texnologiyalarındakı inkişaflar maliyyə qloballaşmasına kömək etdi. Artıq böyük bir pul bir
düyməni basmaqla ölkələr arasında sürətli bir şəkildə köçürülür. Kapital hərəkətlərini izləmək və nəzarət etmək
demək olar ki, qeyri-mümkün hala gəlmişdir. İnkişaf etməkdə olan texnologiya (xüsusilə kompüter texnologiyası)
ilə yeni maliyyə alətləri, xüsusilə törəmə əməliyyatlar meydana çıxdı və maliyyə sektoru sürətlə böyüdü və real
sektora hakim olmağa başladı. Maliyyələşdirmə deyilən bu inkişaf maliyyə qloballaşmasını daha da irəli səviyyəyə
qaldırdı və mühüm iqtisadi nəticələrə səbəb oldu. Bütün bu inkişaflar nəticəsində beynəlxalq kapital
hərəkətlərinin artması və xüsusən də ölkələr arasında spekulyativ, qısamüddətli kapitalın sürətli dövriyyəsi
qarşılıqlı asılılığı artırdı və müstəqil milli iqtisadi siyasət izləməyi mümkünsüz qıldı. Maliyyə kapitalının hərəkətliliyi
hökumətlərin faiz dərəcələri və məzənnə üzərində nəzarətini zəiflətdi. Qısamüddətli portfel investisiyaları inkişaf
etməkdə olan ölkəyə daxil olduqda, ölkənin pulunun həddən artıq qiymətlənməsinə səbəb olur və ölkəni yüksək
faiz - aşağı məzənnə tələsinə sala bilər. Yenə bu cür investisiyalar ölkəni sürətlə tərk edə bildiklərinə görə
böhranlara səbəb olmaqdadırlar. Maliyyə liberallaşması ilə maliyyə axınlarının sürətlənməsi (qısa müddətli)
nəticəsində bazarlarda qısamüddətli hərəkətlər artır. Bu vəziyyət pul orqanlarının pul siyasətini həyata
keçirməsini çətinləşdirir və eyni zamanda kapitalın səmərəli bölüşdürülməsinə mane olur. Performans və rəqabət
təzyiqi peşəkar fond menecerlərini qısa müddətdə düşünməyə və hərəkət etməyə vadar edir. Nəticədə maliyyə
bazarlarında ticarət həcmi və dəyişkənlik artır. Bundan əlavə, çoxmillətli şirkətlərin valyuta məzənnələrinin
dəyişməsindən qorunmaq üçün istifadə etdiyi maliyyə törəmələri pul siyasətinin effektivliyini məhdudlaşdırır.
2.2. Qlobal iqtisadi böhranların tezləşməsinin
Dostları ilə paylaş: |